Sələf Xəbər


MÜSƏLMAN DÜNYASI

 Son Xəbərlər

Türkiyədə PKK hərbi şəhərciyə hücum edib

Mart 04
17:45 2016

PKK terrorçuları daha bir terakt törədib.

Mardin şəhərinin Nusaybin qəsəbəsində hərbi şəhərciyə bomba yüklü maşınla hücum təşkil edilib.

Terakt nəticəsində 2 nəfər ölüb.

“Sələf Xəbər”in Lent.az-a istinadən xəbərinə görə, yaralıların sayı 35 nəfərə çatıb.

Bildirilir ki, hərbi şəhərcikdəki bina demək olar, tamamilə yıxılıb. Partlayışdan sonra şəhərciyə bitişik polis bölməsində də yanğın baş verib. Teraktdan sonra PKK üzvləri ilə bir müddət atışma yaşanıb. Hadisə yerinə əlavə hərbi qüvvə və yanğınsöndürənlər cəlb edilib.

Məlumata görə, terrorçular bomba yüklənmiş maşınla bərabər qumbaraatanlarla da terakta dəstək verib.

Sələf Xəbər: XX əsrin görkəmli islam alimi Əbdüləziz bin Bəzz (Allah ona rəhmət etsin) deyib: “Şübhə yoxdur ki, bu terror aktlarını törədənlər Allaha və Qiyamət gününə iman etməyənlərdir. Allaha və Qiyamət gününə həqiqi iman etmiş kəslər arasında küllü ziyan və böyük fəsad gətirən belə iyrənc cinayət törədənləri tapmazsan. Belə əməlləri yalnız qəzəb, nifrət, paxıllıq və azarla dolub-daşan eyibli qəlb sahibi, qəlbində Allaha və Onun elçisinə (Allahın ona salavat və salamı olsun) həqiqi iman olmayan kəslər edə bilər!” (“Fətava ibn Baz”, 7/120)

Digər xəbərlər