Sələf Xəbər


MÜSƏLMAN DÜNYASI

 Son Xəbərlər

Türkiyədə PKK terrorçuları ilə mübarizədə 8 hərbçi həlak olub

May 13
16:41 2016

Türkiyədə PKK-çılarla döyüşdə və helikopter qəzası nəticəsində 8 hərbçi həlak olub.

Türkiyənin şərqindəki Hakkari vilayəti ərazisində PKK terrorçuları ilə təhlükəsizlik qüvvələri arasındakı toqquşmada 6 hərbçi şəhid olub.

“Sələf Xəbər” APA-ya istinadən xəbər verir ki, bu barədə Türkiyə Silahlı Qüvvələri Baş Qərargahının açıqlamasında bildirilir.

Açıqlamada deyilir ki, bu gün yerli vaxtla saat 04.50-də Hakkarinin Çukurca qəsəbəsi ərazisində, Çığlı hərbi hissəsinin yerləşdiyi ərazidə terrorçularla baş verən döyüşdə 6 əsgər şəhid olub, 8-i yaralanıb. Terrorçulara müdaxilə etmək üçün göndərilən hərbi helikopter isə qəzaya uğrayıb. Nəticədə 2 pilot həlak olub. “Terrorçuların zərərsizləşdirilməsi üçün əraziyə “F-16” təyyarəsi, hücum helikopterləri, pilotsuz uçuş aparatları və əlavə bölmələr göndərilib. İndiyə qədər 6 terrorçu məhv edilib, əməliyyat davam edir”, – deyə Baş Qərargahın açıqlamasında bildirilir.

Sələf Xəbər: XX əsrin görkəmli İslam alimi Əbdüləziz bin Bəz (Allah ona rəhmət etsin) deyib: “Şübhə yoxdur ki, bu terror aktlarını törədənlər Allaha və Qiyamət gününə iman etməyənlərdir. Allaha və Qiyamət gününə həqiqi iman etmiş kəslər arasında küllü ziyan və böyük fəsad gətirən belə iyrənc cinayət törədənləri tapmazsan. Belə əməlləri yalnız qəzəb, nifrət, paxıllıq və azarla dolub-daşan eyibli qəlb sahibi, qəlbində Allaha və Onun elçisinə (Allahın ona salavat və salamı olsun) həqiqi iman olmayan kəslər edə bilər!” (“Fətava ibn Baz”, 7/120)

Digər xəbərlər