Türkiyədə PKK terrorçuları yenidən hərbçilərə hücum edib
Oktyabr 13
17:04
2015
615 dəfə baxılıb
Türkiyənin Şırnak vilayətində PKK terrorçuları hərbçilərə hücum edib.
“Sələf Xəbər”in APA-ya istinadən verdiyi xəbərə görə, nəticədə 1 əsgər şəhid olub, 2 hərbçi və 2 kənd qoruyucusu yaralanıb.
Məlumata əsasən, əməliyyatdan qayıdan hərbçilər iri çaplı silah və qumbaraatanlardan atəşə tutulub.
Baş verən atışma zamanı 3 hərbçi və 2 kənd qoruyucusu yaralanıb. Şirnak hərbi hospitalına çatdırılan əsgərlərdən birinin həyatını xilas etmək mümkün olmayıb.
Sələf Xəbər: XX əsrin görkəmli İslam alimi Əbdüləziz bin Bəz (Allah ona rəhmət etsin) deyib: “Şübhə yoxdur ki, bu terror aktlarını törədənlər Allaha və Qiyamət gününə iman etməyənlərdir. Allaha və Qiyamət gününə həqiqi iman etmiş kəslər arasında küllü ziyan və böyük fəsad gətirən belə iyrənc cinayət törədənləri tapmazsan. Belə əməlləri yalnız qəzəb, nifrət, paxıllıq və azarla dolub-daşan eyibli qəlb sahibi, qəlbində Allaha və Onun elçisinə (Allahın ona salavat və salamı olsun) həqiqi iman olmayan kəslər edə bilər!” (“Fətava ibn Baz”, 7/120)