Türkiyədə polis bölməsinə silahlı hücum: ölən və yaralananlar var
Mart 25
16:46
2016
666 dəfə baxılıb
Türkiyənin Diyərbəkir vilayətində polis bölməsinə silahlı hücum olub.
Polis bölməsinin qarşısında avtomobilin partladılması nəticəsində üç polis əməkdaşı həlak olub və 22 nəfər yaralanıb.
“Sələf Xəbər” Trend-ə istinadən xəbər verir ki, polis bölməsinin qarşısında güclü partlayış baş verib, ardınca terrorçular və polislər arasında atışma başlayıb.
Çoxlu sayda yaralı olduğu bildirilir. Hadisə yerinə əlavə qüvvələr cəlb olunub.
Sələf Xəbər: XX əsrin görkəmli İslam alimi Əbdüləziz bin Bəz (Allah ona rəhmət etsin) deyib: “Şübhə yoxdur ki, bu terror aktlarını törədənlər Allaha və Qiyamət gününə iman etməyənlərdir. Allaha və Qiyamət gününə həqiqi iman etmiş kəslər arasında küllü ziyan və böyük fəsad gətirən belə iyrənc cinayət törədənləri tapmazsan. Belə əməlləri yalnız qəzəb, nifrət, paxıllıq və azarla dolub-daşan eyibli qəlb sahibi, qəlbində Allaha və Onun elçisinə (Allahın ona salavat və salamı olsun) həqiqi iman olmayan kəslər edə bilər!” (“Fətava ibn Baz”, 7/120)