Sələf Xəbər


MÜSƏLMAN DÜNYASI

 Son Xəbərlər

Türkiyədə Polis İdarəsinə silahlı hücum

İyul 31
18:39 2015

Öldürülən terrorçulardan birinin üzərindən partlayıcı qurğu aşkarlanıb.

Türkiyənin Adana vilayətində Polis İdarəsinə silahlı hücum olub. Nəticədə 2 polis əməkdaşı şəhid olub, 2 terrorçu isə məhv edilib.

“Sələf Xəbər”in APA-ya istinadən xəbərinə görə, vilayətin hadisə Pozantı rayon Polis İdarəsində qeydə alınıb. PKK terrorçuları idarəyə soxulmağa cəhd ediblər və polis onların silahlı hücumuna qarşılıq verib. Atışma zamanı 2 polis şəhid olub, 2 terrorçu öldürülüb, 2-si isə hadisə yerindən qaçıb.

Öldürülən terrorçulardan birinin üzərindən partlayıcı qurğu aşkarlanıb. Onun Polis İdarəsinə soxularaq, orada özünü partlatmaq istədiyi bildirilir. Hadisə yerinə çağırılan mütəxəssislər partlayıcı qurğunu zərərsizləşdiriblər.

Sələf Xəbər: Uca Allah buyurur: “Allaha və Onun Elçisinə qarşı müharibə edənlərin və yer üzündə fitnə-fəsad törətməyə səy göstərənlərin cəzası ancaq öldürülmək və ya çarmıxa çəkilmək, ya əl və ayaqlarını çarpazvari kəsmək və yaxud da yaşadıqları yerdən sürgün edilməkdir. Bu, onlar üçün dünyada bir rüsvayçılıqdır. Axirətdə isə onları böyük bir əzab gözləyir”. (Qurani-Kərim, “Maidə” surəsi, 33-cü ayə)
“Yaxşı məlumdur ki, bu şərəfli ayə şəhərlərdə və ya kimsəsiz yerlərdə insanlara basqın edən, onların malını zəbt edən, onları öldürən, insanların ürəklərinə qorxu salan, onları yollarla səfərə çıxmaqdan əl çəkməyə məcbur edən yolkəsən quldurlar haqqında nazil olmuşdur. Onlar sanki yolların arasını kəsirdilər və Uca Allah da bildirir ki, bunun əvəzi sadalanan cəzalardan biridir”. (Bax: “Təfsir Əs-Saadi”)

Digər xəbərlər