Sələf Xəbər


MÜSƏLMAN DÜNYASI

 Son Xəbərlər

Türkiyədə polisə PKK-nın növbəti hücumu, yaralananlar var

Avqust 27
15:05 2015

Türkiyənin Osmaniyə, Qaziantep və Van şəhərlərində polis PKK terrorçularının hücumuna məruz qalıb.

“Sələf Xəbər”in APA-ya istinadən verdiyi məlumata görə, Osmaniyə şəhərində terrorçular patrul vəzifəsi icra edən xüsusi hərəkat polislərinə hücum ediblər.

Ölən və yaralananların olmadığı hadisənin ardından qısa müddətli qarşıdurma yaşanıb. Bölgəyə dəstək üçün hərbçilər göndərilib və əməliyyat başlayıb.

Eyni zamanda PKK terrorçuları Qaziantep şəhərində polis bölməsini atəşə tutublar. Bölmənin yaxınlığında terrorçulara məxsus avtomobildə silah-sursat aşkar edilib. Hazırda hücumu törətməkdə şübhəli bilinən 3 nəfərin yaxalanması istiqamətində əməliyyat-axtarış tədbirləri həyata keçirir.

Vanda isə polis avtomobilinin minaatanlardan atəşə tutulması nəticəsində 2 nəfərin yaralandığı bildirilir. Hücumu törədən PKK silahlılarının tapılması üçün genişmiqyaslı əməliyyat hazırlanıb.

Sələf Xəbər: XX əsrin görkəmli İslam alimi Əbdüləziz bin Bəz (Allah ona rəhmət etsin) deyib: “Şübhə yoxdur ki, bu terror aktlarını törədənlər Allaha və Qiyamət gününə iman etməyənlərdir. Allaha və Qiyamət gününə həqiqi iman etmiş kəslər arasında küllü ziyan və böyük fəsad gətirən belə iyrənc cinayət törədənləri tapmazsan. Belə əməlləri yalnız qəzəb, nifrət, paxıllıq və azarla dolub-daşan eyibli qəlb sahibi, qəlbində Allaha və Onun elçisinə (Allahın ona salavat və salamı olsun) həqiqi iman olmayan kəslər edə bilər!” (“Fətava ibn Baz”, 7/120)

Digər xəbərlər