Türkiyədə qaçqınlar üçün pulsuz geyim mağazası açılıb
739 dəfə baxılıb
“Dəniz Fənəri” adlı türk dərnəyi İzmirin Basmane bölgəsində suriyalı qaçqınlar üçün pulsuz geyim mağazası açıb.
“Sələf Xəbər”in Türkiyə mediasına istinadən məlumatına görə, suriyalılar üçün ayrılmış zaman müddətində onlar mağazaya gedərək bədən ölçülərinə uyğun olan istədikləri geyimi tamamilə pulsuz olaraq əldə edə biləcəklər.
Ege bölgəsi üzrə “Dəniz Fənəri” dərnəyinin təmsilçisi Eje Harun bildirib ki, dərnək Türkiyədə məskunlaşmış suriyalı qaçqınlara yardım üçün əlindən gələni etməyə çalışır. Onun sözlərinə görə, yayın əvvəllərində dərnək tərəfindən İzmirdə 2 min 171 suriyalı qaçqına pulsuz geyim verilib. Qış aylarında da dərnək yenidən belə bir kampaniya təşkil edərək iki həftə ərzində daha 2000 suriyalını geyimlə təmin etməyi planlaşdırır.
Eje Harun onu da qeyd edib ki, mağazalarda qaçqınlara təqdim olunan paltarlar istifadə olunmamış, tamamilə təzə paltarlardır.
Sələf Xəbər: Uca Allah buyurur: “Mallarını Allah yolunda xərcləyənlərin məsəli yeddi sünbül verən bir toxumun məsəlinə bənzəyir ki, sünbüllərin hər birində yüz ədəd dən vardır. Allah dilədiyi kimsənin (mükafatını )artırar. Allah (hər şeyi) Əhatəedəndir, Biləndir.” (Qurani Kərim, “Bəqərə” surəsi, 261-ci ayə)
“Uca Allah qullarını öz mallarını Allah yolunda xərcləməyi və bu yolla gedərək Ona yaxınlaşmağa çağırır. Bu o deməkdir ki, möminlər öz mallarını faydalı biliklərin yayılmasına, Allah yolunda cihada hazırlaşmaya, müsəlman döyüşçülər üçün ləvazimatın və onların özlərinin hazırlanmasına və həmçinin müsəlmanların xeyrinə olan istənilən xeyriyyə layihələrinin həyata keçirilməsinə sərf etməlidirlər. Buraya habelə, ehtiyacı olanların, kasıbların və imkansızların xeyrinə ayrılan ianələr və sədəqələr da daxildir.
Belə ianələr və sədəqələr iki qat xeyir verir, axı onlar nəinki, ehtiyacı olanların ehtiyacdan xilas olmasına səbəb olur, həm də ardıcıl olaraq yaxşı əməllər yerinə yetirilməsinə və Allahı məmnun edən işlərin görülməsinə səbəb olur. Onlara görə mükafat isə, yeddi yüz dəfə və daha çox artırıla bilər. Məhz buna görə Allah deyir ki, O, istədiyi adama, onun qəlbində möhkəmlənmiş imanından, niyyətinin paklığından və sədəqələrinin verdiyi xeyirdən asılı olaraq, mükafatını artırır. Bir sıra yaxşı məqsədlərə yönəldilmiş sədəqələr uzun müddət bəhrə verir və onlardan gələn fayda müxtəlif olduğu halda, Allahın mükafatı həmişə edilən yaxşı əməlin növünə uyğun gəlir” (Bax “Təfsir Əs-Saadi”).