Sələf Xəbər


MÜSƏLMAN DÜNYASI

 Son Xəbərlər

Türkiyədə silahlı qarşıdurma – Ölən və yaralananlar var

Avqust 08
15:01 2015

Türkiyənin Şırnak vilayətində PKK tərəfdarları ilə polis arasında baş vermiş silahlı qarşıdurma nəticəsində 3 nəfər öldürülüb, bir polis yaralanıb.

“Sələf Xəbər” Avropa.infoya istinadən xəbər verir ki, Şırnakın Silopi rayonunda PKK tərəfdarlarının bəzi küçələrdə qazdığı xəndəyi basdırmaq üçün gələn polisə odlu silahlardan atəş açılıb.

4 saat davam edən silahlı insident zamanı 3 nəfər öldürülüb. PKK tərəfdarlarının qumbaraatandan istifadə etməsi zamanı da bir nəfər polis əməkdaşı yaralanıb.

Bundan başqa Ağrının Doğubəyazid rayonu ilə Vanın Çaldıran rayonunu birləşdirən avtomagistralı kəsən terrorçular 5 uzun yük avtomobilini girov götürüblər.

Daha sonra yük maşınlarını yandıran terrorçularla hadisə yerinə gələn polis arasında qarşıdurma yaranıb.

Hadisə zamanı bir əsgər həlak olub. Bölgədə əməliyyatlar davam etdirilir.

Sələf Xəbər: XX əsrin görkəmli İslam alimi Əbdüləziz bin Bəz (Allah ona rəhmət etsin) deyib: “Şübhə yoxdur ki, bu terror aktlarını törədənlər Allaha və Qiyamət gününə iman etməyənlərdir. Allaha və Qiyamət gününə həqiqi iman etmiş kəslər arasında küllü ziyan və böyük fəsad gətirən belə iyrənc cinayət törədənləri tapmazsan. Belə əməlləri yalnız qəzəb, nifrət, paxıllıq və azarla dolub-daşan eyibli qəlb sahibi, qəlbində Allaha və Onun elçisinə (Allahın ona salavat və salamı olsun) həqiqi iman olmayan kəslər edə bilər!” (“Fətava İbn Baz”, 7/120)

Digər xəbərlər