Türkiyədə sunami baş verə bilər?!
785 dəfə baxılıb
Mühəndis, Egey və Aralıq dənizlərinin sərhəddində yerləşən ölkələrlə birlikdə “Sunami erkən xəbərdarlıq sistemi” qurulmasının zəruri olduğunu vurğulayıb.
Türkiyədə “Zəlzələ həftəsi” səbəbindən Yalova şəhərində “Fövqəldə Hallar Könüllüləri” dərnəyi maarifləndirmə konfransı təşkil edib.
“Sələf Xəbər”in Publika.az-a istinadən məlumatına görə, tədbirdə bu sahənin mütəxəssisi olan şəxslər çıxış edib.
Geofizika mühəndisi Oğuz Gündoğdunun açıqlaması isə hər kəsi şoka salıb.
Egey və Aralıq dənizi hövzəsində baş verəcək zəlzələdə sunami təhlükəsinin mümkünlüyündən danışan Gündoğdu iddialarını tarixdən göstərdiyi nüminələrlə dəstəkləyib.
Mühəndis, Egey və Aralıq dənizlərinin sərhəddində yerləşən ölkələrlə birlikdə “Sunami erkən xəbərdarlıq sistemi” qurulmasının zəruri olduğunu vurğulayıb.
“Egey və Aralıq tarixi bizə, çox gizli sunami təhlükəsi olduğundan xəbər verir. Egey sahili olan ölkələrlə erkən xəbərdarlıq sistemi qurmalıyıq. Mərmərə üçün belə bir risk yoxdur. Mərmərədə böyük sunami ola bilməz. Egey üçün belə bir təhlükə var”.
Sələf Xəbər: Təqdirəlayiqdir ki, imam Müslimdən rəvayət olunan bir səhih hədisdə, Uca Allah təqvalı müsəlmanlara təbii fəlakətlər göndərməyəcəyini vəd edir. Bu hədisdə Uca Allah Məhəmməd Peyğəmbərə (Allahın ona salavat və salamı olsun) müraciət edərək buyurur: “Ey Məhəmməd! Əgər Mən nə isə etmək istəsəm, buna heç nə mane ola bilməz. Mən sənin ümmətinə, onun üzərinə kütləvi fəlakət və yalnız öz sıralarında olanlardan başqa, xarici düşmən göndərərək onu məhv etməyəcəyimə vəd verdim və o hətta bütün qonşu vilayətlər üstünə hücum çəksələr belə, bütöv qalacaq, amma bu onların bir-birini əsir edib məhv edəcəklərinə qədər davam edəcək”.
Lakin bugünkü müsəlmanlar Allahdan kifayət qədər qorxurlarmı və Allahın hökmlərinə riayət edirlərmi ki, Uca Allah da öz vədini yerinə yetirsin?
Bu səbəbdən təəccüblənmək lazım deyil ki, bu gün müsəlman ölkələrində də zəlzələlər və digər təbii fəlakətlər baş verir. Axı, Uca Allah Quranda buyurur: “…Mənə verdiyiniz əhdə sadiq olun ki, Mən də sizə verdiyim əhdi yerinə yetirim…” (Qurani-Kərim, “Bəqərə” surəsi, 40-cı ayə)