Türkiyədə Suriya qaçqınlarının sayı 1.5 milyonu ötdü
805 dəfə baxılıb
“Sələf Xəbər”-in ansar.ru saytına istinadən məlumatına görə, Suriyadan qaçaraq Türkiyədə sığınacaq tapmış qaçqınların sayı 1,5 milyonu ötüb, Türkiyənin baş naziri Əhməd Davutoğlu bildirib.
Şimali Suriyanın kürd rayonlarında, əsasən Kabani şəhərində “İslam Dövləti” terror xəvaric qruplaşmasının ekstremistləri və Suriyanın Demokratik İttifaq Partiyasından olan kürdlər arasında bir həftədən çox davam edən silahlı toqquşmalar səbəbilə on minlərlə Suriyalı 19 sentyabrdan başlayaraq türk sərhədini keçir.
“Bizim sərhədlərimiz açıqdır. Biz hər şeyimizi bölüşməyə hazırıq olduğumuzu artıq nümayiş etdirdik. Bütövlükdə, Türkiyədə Suriyadan gələn qaçqınların sayı 1,5 milyon ötüb.”, baş nazir deyib.
Hazırda 1,5 milyon Suriya vətəndaşından yalnız təqribən 300 mini qaçqın düşərgələrində yaşayır. Türkiyə, Suriya qaçqınlarına yardım üçün təxminən 4 milyard dollar xərcləyib.
Sələf Xəbər:
Peyğəmbər (Allahın ona salavat və salamı olsun) demişdir: “Kim bir möminin dünya kədərlərindən (sıxıntılarından) birini azaldarsa, Allah Təala qiyamət günü onun kədərlərindən (sıxıntılarından) birini azaldar. Kim çətinliyə düşənin işini asanlaşdırarsa, Allah Təala də onun işini dünyada və axirətdə asanlaşdırar. Allah, öz qardaşına kömək edən bəndənin köməyində olar” (Muslim 4\ 2074\ № 2699).