Türkiyədə təhsil işçisinin üç oğlu İŞİD-ə qoşuldu
741 dəfə baxılıb
M. Şefik üç oğlunun tapılması üçün Türkiyə prezidenti, Baş nazir və Daxili İşlər nazirindən yardım istəyib.
Türkiyə Hacettepe Universiteti Stomatologiya fakültəsinin tələbəsi 19 yaşlı Süleyman Bengi 16 yaşlı ekiz qardaşları Dilar və Dilşat ilə birlikdə Suriyaya keçərək İŞİD terror xəvaric qruplaşmasına qoşulub.
“Sələf Xəbər” Türkiyə mətbuatına istinadən xəbər verir ki, Türkiyə universitetlərinin birində təhsil işçisi kimi çalışan M. Şefik üç oğlunun tapılması üçün Türkiyə prezidenti, Baş nazir və Daxili İşlər nazirindən yardım istəyib.
Süleyman Bengi 10 martda Ankarada qaldığı tələbə şəhərciyindən sonuncu dəfə anasına yazdığı son məktubunda “əşyalarımı kasıblara verin. Allaha əmanət olun” deyib və o gündən sonra yoxa çıxıb. Eyni gün Diyarbəkirdə ailəsiylə qalan əkiz qardaşlardan da bir xəbər olmayıb.
Üç övladı birdən yoxa çıxan ailə ilk öncə polis orqanlarına müraciət edib. Axtarışlardan sonra məlum olur ki, üç qardaş Suriyadan keçərək İŞİD terror xəvaric qruplaşmasına qoşulublar.
Qardaşların hazırda İraqda olduğu bildirilir. Onların gətirilməsi üçün diplomatik çalışmalar davam edir. Onların İŞİD terror xəvaric qruplaşmasına qoşulmasına kimlərin kömək etdiyi araşdırılır.
Ailə, “Biz övladlarımıza insan sevgisini öyrətdik. Bu dərəcəyə necə gəldilər, anlaya bilmədik. Dövlətimizdən uşaqlarımızın tezliklə geri gətirilməsini istəyirik”- deyib.
Araşdırmalara görə, İŞİD terror xəvaric qruplaşması sıralarında 2 min 307 Türkiyə vətəndaşı savaşır. 680 ailə İŞİD-ə qoşulan övladlarının geri gətirilməsi üçün hüquq mühafizə orqanlarına müraciət edib.
Bu günə qədər İŞİD terror xəvaric qruplaşması cərgələrində 11 türk çatışmalarda həyatını itirib.
Sələf Xəbər: Mədinə İslam Universitetinin İslam İdeologiyası kafedrasının professoru, İslam hüququ üzrə doktor şeyx Salih Suheymi (Allah onu qorusun) demişdir: “Xəvariclərin konkret məqsədləri yoxdur. Avamlıq, cahillik və şovinist şüarları altında savaşırlar. Məhəmməd Peyğəmbər (Allahın ona salavat və salamı olsun) buyurmuşdur: “Cahillik bayrağı altında vuruşanlar bizdən deyil”. (Müslim)
Bu o kəslərdir ki, şovinizm üçün döyüşür və ya şovinizmə çağırırlar. Bu insanlar – cahil, avam, yaşları az, ağıldan kəmdirlər”.