Sələf Xəbər


MÜSƏLMAN DÜNYASI

 Son Xəbərlər

Türkiyədə terror aktı – 1 ölü, 25 yaralı var

Aprel 12
16:39 2016

Ən son məlumata görə, terror aktı nəticəsində 1 hərbçi şəhid olub, 25 nəfər yaralanıb.

PKK terrorçuları Diyarbəkir vilayətinin Hani rayonunda növbəti terror aktı törədiblər.

“Sələf Xəbər” ATV.az-a istinadən xəbər verir ki, terrorçular minalanmış avtomobili jandarma qərərgahının qarşısında partladıblar.

Hücum nəticəsində yaralıların olduğu bildirilir. Hadisə yerinə çoxlu sayda təcili-tibbi yardım maşınları cəlb edilib.

Partlayışdan sonra terrorçularla hüquq-mühafizə orqanlarının əməkdaşları arasında atışma baş verib.

Hazırda terrorçuların zərərsizləşdirilməsi üçün əməliyyatlar davam edir.

Sələf Xəbər: XX əsrin görkəmli İslam alimi Əbdüləziz bin Bəz (Allah ona rəhmət etsin) deyib: “Şübhə yoxdur ki, bu terror aktlarını törədənlər Allaha və Qiyamət gününə iman etməyənlərdir. Allaha və Qiyamət gününə həqiqi iman etmiş kəslər arasında küllü ziyan və böyük fəsad gətirən belə iyrənc cinayət törədənləri tapmazsan. Belə əməlləri yalnız qəzəb, nifrət, paxıllıq və azarla dolub-daşan eyibli qəlb sahibi, qəlbində Allaha və Onun elçisinə (Allahın ona salavat və salamı olsun) həqiqi iman olmayan kəslər edə bilər!” (“Fətava ibn Baz”, 7/120)

Digər xəbərlər