Türkiyədə terror aktları davam edir: 5 şəhid, 14 yaralı
Sentyabr 16
17:05
2015
717 dəfə baxılıb
Kürd Fəhlə Partiyası (PKK) tərəfdarlarının Türkiyənin əsasən şərq və cənub-şərq bölgələrində hökumət qüvvələrinə qarşı terror aktları davam edir. Dinc əhali hücumlara məruz qalır.
“Sələf Xəbər”in AZƏRTAC-a istinadən məlumatına görə, ölkənin Mardin və Haqqari vilayətlərində PKK tərəfindən törədilən terrorlar nəticəsində 5 polis şəhid olub, ikisi yaralanıb. Terror aktları yola basdırılmış partlayıcılar vasitəsilə törədilib.
Başqa bir məlumatda isə bildirilir ki, Muşun Suluca kəndi ərazisində hərbçiləri daşıyan maşının keçdiyi yolun PKK tərəfindən partladılması nəticəsində 12 əsgər yaralanıb.
Diyarbəkirdə isə hökumət qüvvələri tərəfindən camilərin birində PKK-ya məxsus böyük bir cəbbəxana aşkarlanıb.
Sələf Xəbər: XX əsrin görkəmli İslam alimi Əbdüləziz bin Bəz (Allah ona rəhmət etsin) deyib: “Şübhə yoxdur ki, bu terror aktlarını törədənlər Allaha və Qiyamət gününə iman etməyənlərdir. Allaha və Qiyamət gününə həqiqi iman etmiş kəslər arasında küllü ziyan və böyük fəsad gətirən belə iyrənc cinayət törədənləri tapmazsan. Belə əməlləri yalnız qəzəb, nifrət, paxıllıq və azarla dolub-daşan eyibli qəlb sahibi, qəlbində Allaha və Onun elçisinə (Allahın ona salavat və salamı olsun) həqiqi iman olmayan kəslər edə bilər!” (“Fətava İbn Baz”, 7/120)