Türkiyədə terrorçuların başına pul qoyulub
711 dəfə baxılıb
Bu terrorçuların arasında azərbaycanlı da var.
702 terrorçu üçün 468 milyon 500 min lirə mükafat təyin edilib.
Türkiyədə fəaliyyət göstərən 13 terror təşkilatına üzv olan 702 nəfərin yaxalanması üçün başladılan mükafat kampaniyası dodaq uçuqladır.
“Sələf Xəbər”in ANS PRESS-ə istinadən verdiyi məlumata görə, Daxili İşlər Nazirliyinin terrorist ovu üçün elan etdiyi rəqəm 200 min lirədən (təqribən 105 min manat) 4 milyon lirəyə (təqribən 2 milyon 100 min manat), eyni zamanda bütün terrorçular üçün veriləcək toplam miqdar 468 milyon 500 min lirəyə (təqribən 245 milyon manat) çatır. Bu rəqəm nazirliyin büdcəsinin 12 faizi deməkdir.
Bu pulla 200 məktəb, 200 yataqlı 20 xəstəxana inşa etmək olar.
Siyahıda ən çox PKK, Hizbullah və İŞİD terror xəvaric qruplaşması üzvlərinin adları yer alıb. Başına pul qoyulan ən yaşlı terrorçu 1941, ən gənc isə 1998-ci il təvəllüdlüdür.
702 nəfərlik terrorçu siyahısında 80 qadın var. Onların arasında azərbaycanlı da yer alıb. Söhbət Ankara terrorunu törətdiyi deyilən 28 yaşlı İŞİD terror xəvaric qruplaşması üzvü Ülkər Məmmədovadan gedir.
Ötən ilin oktyabr ayında Türkiyənin Daxili İşlər Nazirliyi ölkədə axtarılan ən təhlükəli cinayətkarların və axtarışda olan terrorçuların siyahısını açıqlayıb. Terrorçular təhlükəlik dərəcəsinə uyğun olaraq bölünüblər – göy, yaşıl, narıncı və boz.
Yüzdən çox insanın ölümünə səbəb olan Ankara terrorunu törətməkdə şüphəli bilinən Ülkər Məmmədovanın da adı burada var. Ü.Məmmədovanın adı yaşıl rənglə axtarışda olanların siyahısına qoyulub. Qadının adının yaşıl rənglə işarələnməsi isə onun axtarış səviyyəsinə görə ikinci dərəcəli olduğunu göstərir.
O, oktyabr ayının 10-da Ankarada yüzdən çox insanın ölümü ilə nəticələnəın terror aktını törətməkdə şübhəli bilinir.
Sələf Xəbər: XX əsrin məşhur İslam alimi ibn Useymin (Allah ona rəhmət etsin) deyib: “Şübhə yoxdur ki, ağıl sahibi olan heç kəs, xüsusilə, dindarlar, belə işlərdən (terror aktları) məmnun ola bilməz, bir halda ki, bu Qurana və Sünnəyə ziddir. Bunda İslam üçün həm daxildən, həm də xaricdən ziyan vardır. Bu böyük cinayətdir, lakin ədalətsizlər müvəffəqiyyət qazanmayacaqlar. Tezliklə, Allahın izni ilə, onlar öz əməllərinin qarşılığını bütünlüklə alacaqlar. Elm tələbələrinin bu yolun, xəvariclərin yolunun, iyrənc yol olduğunu insanlara izah etmələri mütləqdir”. (“Fatava əş-şariyyə fi kadayyə əl-asriyyə”, 47)