Türkiyədə təyyarə qəzasında 4 hərbi pilot həlak olub
688 dəfə baxılıb
Türkiyənin Malatya əyalətində iki “RF-4E” tipli döyüş təyyarəsi təlim uçuşları zamanı qəzaya uğrayıb, nəticədə 4 pilot həlak olub.
“Sələf Xəbər” Haber7.com-a istinadən bildirir ki, rəsmilərin verdiyi məlumata görə, təlim təyyarələri radarlardan itib və dərhal axtarışa başlanılıb. Bununla da məlum olub ki, təyyarələr qəzaya uğrayıblar.
Malatya 7-ci Hava Reaktiv Komandanlığından təlim məqsədi ilə havaya qalxan döyüş təyyarələrinin qalıqları Malatyanın Akçadağ bölgəsindən tapılıb.
Təyyarələrdəki pilotların adları məlum olub. Qərargah Mayoru Saleh Sezər, Baş Leytenant Saleh Atalay və rütbələri bilinməyən Zeynel Özbahçeçi və Şərəf Özkaya adlı zabitlər.
Qəzaya uğramış təyyarələr üçün Türkiyə hökumətindən ilk açıqlama Daxili İşlər naziri Efkan Aladan gəlib. Nazir bildirib ki, araşdırma bitdikdən sonra qəzanın qəti səbəbi açıqlana bilər. O, hələlik qəzanın təyyarələrin biri-biriylə toqquşması, ya da hava şərtləriylə bağlı baş verməsi ehtimallarının olduğunu bildirib . Efkan Ala kənar müdaxilənin olmadığını da qeyd edib.
Qəzanın səbəbləri araşdırılır.
Sələf Xəbər: Uca Allah buyurur: “Heç kəs sabah nə qazanacağını bilə bilməz, heç kəs harada öləcəyini də bilməz. Allah isə, şübhəsiz ki, Biləndir, Xəbərdardır”. (Qurani-Kərim, “Loğman” surəsi, 34-cü ayə)
“Yalnız Uca Allah bilir ki, insanı sabahkı gündə hansı maddi və mənəvi nəaliyyətlər gözləyir. Təkcə Allaha məlumdur ki, insana harada ölməsi nəsib olacaqdır. Bu şeylər haqqında biliklərə Allahdan başqa heç kim sahib deyildir və bu – Allahın elminin cüzi bir hissəsidir ki, tamamilə bütün varlıqları əhatə edir. Bilən və Xəbərdarolan adları – Allahın gözəl adları arasındadır. Ona aşkarda və qeybdə olanlar da, gizlində və açıqda olanlar da məlumdur”. (Bax: “Təfsir Əs-Saadi”)