Sələf Xəbər


MÜSƏLMAN DÜNYASI

 Son Xəbərlər

Türkiyədə yenə terror – 4 ölü, 20 yaralı var

Mart 19
17:31 2016

İstanbul valisi Vasip Şahin partlayış nəticəsində terrorçu ilə birlikdə 4 nəfərin öldüyünü, 3-ü ağır olmaqla 20 nəfərin xəsarət aldığını deyib.

“Sələf Xəbər” ATV.az-a istinadən xəbər verir ki, İstanbulun Beyoğlu rayonunda İstiqlal küçəsində yerli vaxtla saat 11:00 radələrində partlayış baş verib.

Şahidlərin sözlərinə görə, partlayış kamikadze tərəfindən törədilib.

Ticarət mərkəzlərinin xeyli sayda olduğu İstiqlal prospektində hazırda bütün dükanlar bağlanıb, satıcılar ərazidən uzalaşdırılıb.

Sələf Xəbər: XX əsrin görkəmli İslam alimi Əbdüləziz bin Bəz (Allah ona rəhmət etsin) deyib: “Şübhə yoxdur ki, bu terror aktlarını törədənlər Allaha və Qiyamət gününə iman etməyənlərdir. Allaha və Qiyamət gününə həqiqi iman etmiş kəslər arasında küllü ziyan və böyük fəsad gətirən belə iyrənc cinayət törədənləri tapmazsan. Belə əməlləri yalnız qəzəb, nifrət, paxıllıq və azarla dolub-daşan eyibli qəlb sahibi, qəlbində Allaha və Onun elçisinə (Allahın ona salavat və salamı olsun) həqiqi iman olmayan kəslər edə bilər!” (“Fətava ibn Baz”, 7/120)

Uca Allahdan həyatını itirənlərə rəhmət, Türk xalqına isə səbir diləyirik. Amin!

Digər xəbərlər