Türkiyədə yeni təhlükəsizlik konsepsiyası hazırlanır
974 dəfə baxılıb
Türkiyə Ankarada terror aktından sonra yeni təhlükəsizlik konsepsiyasının hazırlanmasına başlayıb.
“Sələf Xəbər” Trend-ə istinadən bildirir ki, bunu ölkənin baş naziri Əhməd Davudoğlu brifinq zamanı deyib.
“Biz paytaxtın mühafizəsini prioritet edəcəyik. Bu bütün nəqliyyat magistralların mərkəzidir, ona görə də nəinki şəhərin mühafizəsini, həm də ondan keçən bütün trassların təhlükəsizliyini artıracağıq”, – deyə nazir bildirib.
Davudoğlu qeyd edib ki, vilayətlərdə təhlükəsizlik tələbatını ödəmək üçün tədqiqatlar aparılır.
Xatırladaq ki, fevralın 17-si axşam saatlarında Türkiyənin paytaxtı Ankarada güclü partlayış baş verib. Hadisə nəticəsində 28 nəfərin öldüyü, 61 nəfər yaralandığı barədə məlumat verilir. Terror aktına görə məsuliyyəti öz üzərinə Kürd Fəhlə Partiyası (PKK) ilə əlaqəli “Kürdüstan Azadlıq Şahinləri” (TAK) qruplaşması götürüb.
Sələf Xəbər: Təhlükəsizlik insan üçün yemək-içməkdən də böyük zərurətdir. Məhz buna görə İbrahim peyğəmbər (ona salam olsun) Uca Allahdan özü üçün əvvəlcə təhlükəsizlik, daha sonra ruzi istəmişdir: “Bir zaman İbrahim dedi: “Ey Rəbbim! Buranı təhlükəsiz bir şəhər et, onun əhalisinə, – onlardan Allaha və Axirət gününə iman gətirənlərə – (hər növ) məhsullardan ruzi ver!” (Qurani-Kərim, “Bəqərə” surəsi, 126-cı ayə)
“Qorxu halında olan insanlar yemək-içməyin ləzzətini hiss etmirlər. Qorxu səbəbi ilə ərzağın bir ölkədən o biri ölkəyə daşındığı yollar bağlanır, odur ki, Uca Allah da yollarda qarət və soyğunçuluğa görə şiddətli cəza müəyyən etmişdir. Bilmək lazımdır ki, İslam din, həyat, ağıl, namusun qorunub saxlanılması üçün gəlmişdir. Bunlardan hər hansı birinə qəsd edən kəs, bunun müsəlmana və ya qeyri-müsəlmana qarşı etməsindən asılı olmayaraq, şiddətli cəza görür. İslam qaydalarına müvafiq olaraq, müsəlmana qarşı münasibətdə qadağan olunmuş hərəkətlər, müsəlmanlarla müqaviləsi olan qeyri-müsəlmana qarşı da qadağandır. Məhəmməd peyğəmbər (Allahın ona salavat və salamı olsun) demişdir: “Hər kim (müsəlmanlarla müqavilə altında olan) bir qeyri-müsəlmanı öldürərsə, o kəs cənnətin iyini hiss etməyəcəkdir”.
Təhlükəsizliyi pozanlara gəldikdə isə, bunlar ya xəvariclər, ya yollardakı quldurlar və ya da qiyamçılardır. İslama uyğun olaraq, bu üç qrupun hamısına qarşı şiddətli tədbirlər görülməlidir”. (Bax: “Fataua əş-şariyyə fi kadayyə əl-asriyyə”, 125)