Sələf Xəbər


MÜSƏLMAN DÜNYASI

 Son Xəbərlər

Türkiyədə yol qəzasında 15 nəfər həyatını itirib

İyul 06
15:23 2015

Türkiyənin Manisa vilayəti ərazisində dəhşətli yol qəzası baş verib.

“Sələf Xəbər”in APA-ya istinadən verdiyi xəbərə görə, bu gün səhər yerli vaxtla saat 05.30-da Manisanın Gölmarmara rayonunun Hacivəlilər kəndi yaxınlığında kənd təsərrüfatı işçilərini daşıyan və yük yeri açıq olan yük avtomobili TIR-la toqquşub. Nəticədə 15 nəfər ölüb, 2 nəfər yaralanıb. Ölənlərin əksəriyyəti qadınlardır.

Hadisə yerinə təcili yardım və cənazə daşıyan maşınlar göndərilib. Faktla bağlı araşdırma aparılır.

Sələf Xəbər: Uca Allah buyurur: “Heç kəs sabah nə qazanacağını bilə bilməz; heç kəs harada öləcəyini də bilməz. Allah isə, şübhəsiz ki, Biləndir, Xəbərdardır”. (Qurani-Kərim, “Loğman” surəsi, 34-cü ayə)
“Yalnız Uca Allah bilir ki, insanı sabahkı gündə hansı maddi və mənəvi nailiyyətlər gözləyir. Təkcə Allaha məlumdur ki, insana harada ölməsi nəsib olacaqdır. Bu şeylər haqqında biliklərə Allahdan başqa heç kim sahib deyildir və bu – Allahın elminin cüzi bir hissəsidir ki, tamamilə bütün varlıqları əhatə edir. Bilən və Xəbərdarolan adları – Allahın gözəl adları arasındadır. Ona aşkarda və qeybdə olanlar da, gizlində və açıqda olanlar da məlumdur”. (Bax: “Təfsir Əs-Saadi”)

Digər xəbərlər