Sələf Xəbər


MÜSƏLMAN DÜNYASI

 Son Xəbərlər

Türkiyədə zəlzələ

Avqust 12
15:33 2014

Lent.az-ın anspress.com-a istinadən verdiyi xəbərə görə, Türkiyənin Çanaqqala vilayətində yeraltı təkan qeydə alınıb.

Türkiyə hökuməti Fövqəladə Hallar Komitəsinin açıqlamasında, zəlzələnin bu gün Bakı vaxtı ilə 03:23-də baş verdiyi bildirilir. Eceabat bölgəsində baş verən zəlzələ Rixter cədvəli üzrə 4,1 bal gücündə qeydə alınıb. Zəlzələnin episentri 9,6 kilometr dərinlikdə olub.

Bundan başqa ötən gün gündüz saatlarında da Türkiyənin Akdeniz bölgəsində zəif yeraltı təkanlar baş verib. Zəlzələ Antalya şəhərində hiss olunub. Baş verən hər iki zəlzələdə dağıntı və xəsarət alanlar barədə məlumat yoxdur.

 Sələf Xəbər: Xatırladaq ki, zəlzələlərin tez-tez baş verməsi Qiyamət gününün əlamətlərindən biridir. Məhəmməd Peyğəmbər (Allahın ona salavat və salamı olsun) deyirdi: “Zəlzələlər çoxalmayana qədər Qiyamət qopmaz” (əl-Buxari).

Bir dəfə Ənas bin Malik bir kişi ilə birgə Aişənin yanına gəldilər. Kişi soruşdu: “Möminlərin anası bizə zəlzələ haqqında danış”. O dedi: “İnsanlar zinanı halal gördükdə, sərxoş edən içkilər içdikdə və çalğı alətlərində oynadıqda Qüdrətli və İzzətli Allah səmasında qəzəblənəcək və yerə deyəcək: “Onları silkələ”. Əgər onlar tövbə edib bu əməlləri tərk etməsələr yer onları udar”. Kişi soruşdu: “Ey möminlərin anası, bu onlar üçün cəza olacaq?”. O cavab verdi: “Şübhəsiz, bu möminlər üçün xəbərdarlıq və rəhmət, lakin kafirlər üçün cəza, əzab və qəzəb nümunəsi olacaq”. Ənas dedi: “Allah Rəsulunun hədislərindən sonra heç bir rəvayət bunun kimi məndə sevinc doğurmamışdı”. (“Dərd və Dəva”. İbn əl-Qeyyim).

Digər xəbərlər