Sələf Xəbər


MÜSƏLMAN DÜNYASI

 Son Xəbərlər

Türkiyədəki suriyalılar hərbi əməliyyatlara qatılır

Dekabr 26
18:13 2016

Türkiyəyə sığınan 18-45 yaş arası suriyalılar hərbi əməliyyatlara cəlb oluna bilər.

Selefxeber.az-ın məlumatına görə, Axar.az xəbər verir ki, artıq bununla bağlı change.org saytında “Türkiyədə olan 18-45 yaş arası suriyalılar hərbi xidmətə çağırılsın. Suriya üçün savaşsın” adı altında imza kampaniyasına start verilib.
Suriyalıların ölkələrinə geri dönməsinin vacibliyi vurğulanan yazıda bu ifadələrə yer verilib:

“Suriyalılar ölkələri parçalandığı bir vəziyyətdə Türkiyə və Livan başda olmaqla, xeyli ölkəyə qaçaraq canlarını qurtarmağa çalışıblar, dolayısı ilə vətənlərini sahibsiz buraxıblar. Bu, vətənə xəyanətdir. Əsgərlik yaşına çatmış suriyalılar başqa ölkələrdə dilənçi və qaçqın kimi yaşamaqdansa, vətənlərinə geri dönməli və hərbi əməliyyatlarda iştirak edərək vətənləri üçün mübarizə aparmalıdırlar. Bunun üçün Türkiyə ordusunun Baş Qərargahı hərbi təlimlər verə bilər”.

Qeyd edək ki, onlayn imza kampaniyasında iştirak edənlərin sayı 200 mini ötüb. Bu rəqəm 300 minə çatdıqdan sonra təklif Baş Qərargaha göndəriləcək.

Sələf Xəbər: Bu kədərli fakt inqilabların, ümumiyyətlə, xeyir gətirmədiyinin, bir qayda olaraq, qanın axıdılması və vətəndaşların rifahının dağıdılması şəklində anarxiya ilə nəticələnməsinin aşkar sübutudur.
Görkəmli İslam alimi şeyx Useymin (Allah ona rəhmət etsin) deyirdi: “İnsanlar İslama kömək etmək arzusu, və rəhbərlərinin zəlalətdə və ya küfrdə olması bəhanəsi altında öz hökumətinə qarşı çıxdığı vaxt, görürük ki, belə çıxışlar baş verdikdə, əksinə, vəziyyət pisləşir, bu insanların istədiyi gözləntilər baş vermir. Hər şey əvvəlkindən daha da pisləşir. Bu dediklərimizə çox da dəlil sübut axtarmağa ehtiyac yoxdur Sadəcə bu çevrilişlərin və inqilabların baş verdiyi bütün ölkələrə baxın. İndi orada camaat hər şeyin əvvəlki kimi olmasını arzu edir.” (Dinlə “Şərh Bululuğ al-Məram”).

Bununla əlaqədar olaraq, İslam müsəlman-rəhbərə qarşı üsyan etməyi və müxalifətdə olmağı qəti surətdə qadağan edir, hətta əgər həmin rəhbər insanlara əzab verir və ədalətsiz hökm edir. Məhəmməd Peyğəmbər (Allahın ona salavat və salamı olsun) demişdir: “Hökmdara qulaq as və tabe ol. Hətta əgər o sənin kürəyinə vuracaq və sənin əmlakını götürəcəksə belə, ona qulaq as və tabe ol.” (Muslim).

Digər xəbərlər