Sələf Xəbər


MÜSƏLMAN DÜNYASI

 Son Xəbərlər

Türkiyədən İrəvana xəbərdarlıq

May 07
12:46 2015

Ermənistanın “Metsamor” atom elektrik stansiyası (AES) bütün bölgə üçün real təhlükədir.

“Sələf Xəbər”in Axar.az-a istinadən məlumatına görə, Türkiyənin Energetika və Təbii Resurslar naziri Taner Yıldız bu barədə açıqlama verib.

Onun sözlərinə görə, Türkiyə Ermənistanın elektrik enerjisinə ehtiyacı olduğuna görə istismarı olduqca riskli olan bu AES-i görməzdən gəlməməlidir.

Qeyd edək ki, “Metsamor” AES 1970-ci ildə tikilib. Mütəxəssislərin fikrincə, AES regiondakı seysmik aktivlik səbəbindən təhlükə daşıyır.

Sələf Xəbər: Uca Allah buyurur: “…öz əllərinizlə özünüzü təhlükəyə atmayın”. (Qurani-Kərim, “Bəqərə” surəsi, 195-ci ayə)

“Qul iki halda özünü təhlükəyə atır: həyatını itirməklə və ya qəlbini ölümlə nəticələndirən və ya nəticələndirə bilən ilahi hökmü yerinə yetirmədikdə və onun həyatının itirilməsinə və ya qəlbinin ölməsinə səbəb olacaq əməllərə yol verdikdə. Belə əməllər olduqca çoxdur və onlardan biri də Allah yolunda müqəddəs müharibədə iştirak etməkdən və yaxud döyüş əməliyyatlarına maddi yardımdan imtina etməkdir. Bu imtina – düşmənlərin müsəlmanlar üzərində qələbəsinə səbəb olur. Belə əməllərə həmçinin döyüşdə və ya qorxulu səfərdə öz həyatı üçün təhlükə yaratmaq da aiddir. Eyni şeyi vəhşi heyvanların və ilanların məskunlaşdığı ərazidə gecələyən, çürük ağaca çıxan və laxlayan binaya girən və ya özünə başqa təhlükəli məşğələlər tapan insan barəsində də demək olar. Bütün sadalanan hallar – insanların özlərini məhvə məhkum etmələrinin nümunələridir. Yenə bunun bir nümunəsi kimi, Allaha itaətsizliyi, Onun bağışlayacağına ümid bəsləməməyi və dinin vacib hökmlərini yerinə yetirməməyi göstərmək olar. Dinin vacib hökmlərini yerinə yetirməmək isə qəlbi puç, imanı isə məhv edir”. (Bax: “Təfsir Əs-Saadi”)

Digər xəbərlər