Sələf Xəbər


MÜSƏLMAN DÜNYASI

 Son Xəbərlər

Türkiyədən İŞİD-lə bağlı çağırış

May 10
15:58 2016

“Dost və müttəfiq ölkələr İŞİD terror xəvaric qruplaşması ilə effektiv mübarizə aparmaq üçün daha yaxından əməkdaşlıq etməlidir”.

“Sələf Xəbər” Axar.az-a istinadən xəbər verir ki, bu sözləri Türkiyə Xarici İşlər naziri Mövlud Çavuşoğlu ABŞ Dövlət katibi Con Kerri ilə görüşü zamanı deyib.

O, NATO-ya üzv ölkələrin xarici işlər nazirlərinin toplantısında da terrorla mübarizə məsələsinin yenidən gündəmə gətirəcəyini bildirib.

Sələf Xəbər: İslam, müsəlman rəhbərlərinə və buna səlahiyyətləri çatan kəslərə terrorçu-xəvariclərlə vuruşmağı və hətta onları öldürməyi əmr edir! IX əsrin görkəmli alimi Müslim bin Əl- Haccac (Allah ona rəhmət etsin) özünün “əs-Səhih” adlı məşhur səhih hədis toplusunda fəsillərindən birini belə adlandırıb: “Xəvaricləri öldürməyə çağırış fəsli”. Bu fəsildə, imam Müslim Peyğəmbərin (Allahın ona salavat və salamı olsun) xəvaricləri öldürməyi əmr etdiyi bir çox hədis gətirir.
Bu hədislərin birində deyilir: “Tezliklə, axır zamanlarda mənim ümmətimdə yaşca cavan və ağıldan zəif insanlar peyda olacaqdır. Onlar məxluqatın ən xeyirlisinin sözü ilə danışacaqlar. Onların imanı boğazlarından aşağı keçməyəcəkdir. Lakin İslamdan oxun ovlanmış şikardan çıxdığı kimi çıxacaqlar. Onlarla harada rastlaşsanız, öldürün. Onları öldürənə Qiyamət günü Allahdan mükafat vardır”.
Əgər xəvaric-ekstremistlərə ideologiyalarının zəlalət olması izah edildikdən sonra onlardan bəziləri, bundan sonra da qan tökməyə və yer üzündə fəsad törətməyə niyyətlənərək, öz azmış fikirlərində qalırsa, onda onlara qarşı güc metodlarının tətbiqi vacib olur.
Necə ki, məşhur İslam alimi Zeyd əl-Mədxali (Allah ona rəhmət etsin) özünün məşhur “Terrorçuluq və onun cəmiyyətə və fərdlərə təsiri” kitabında deyir: “Əgər kitablar və mühazirələr (onlardan bəzilərinə) fayda vermirsə, onda Allahın müsəlman rəhbərin əlinə qoyduğu ədalətli qılınc onlara mütləq kömək edəcəkdir”. (“əl-İrhab”, 24)

Digər xəbərlər