Sələf Xəbər


MÜSƏLMAN DÜNYASI

 Son Xəbərlər

Türkiyədən Rusiyaya “üzr” bəyanatı

İyun 23
16:12 2016

Türkiyə Rusiyadan qırıcı qalmaqalına görə üzr istəyib-istəməyəcəyinə bir daha aydınlıq gətirib. Ölkə mətbuatına açıqlama verən Türkiyə prezidentinin sözcüsü İbrahim Kalın Rusiyada üzr istəməyəcəklərini deyib.

“Türkiyənin Rusiyadan üzv istəməsi və ya təzminat ödəməsindən söhbət gedə bilməz”.

Selefxeber.az-ın APA-ya istinadən məlumatına görə, bu barədə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın sözçüsü İbrahim Kalın “Habertürk” ə müsahibəsi zamanı deyib.

İ. Kalın bildirib ki, iki ölkə arasında gərginlikdən sıravi insanlar da zərər görür: “Bunun bizim turizm sektorumuza təsiri olub, amma Rusiya tərəfində də problemlər var. Rusiyanın milli günü münasibətilə məktubu isə cənab prezident dövlət ənənəsi olaraq göndərib”.

“Orada, əlbəttə, bir mesaj var. Bu gündən sabaha nəsə dəyişiklik ola biləcəyini demək isə hələlik tezdir, bunun üçün çalışmaq lazımdır. Lakin üzr istəmək və ya təzminat ödəməkdən söhbət gedə bilməz”, – deyə o qeyd edib.

Sələf Xəbər: Uca Allahdan bütün dünyadakı müsəlmanların vəziyyətini yaxşılaşdırmasını diləyirik. Amin!

Digər xəbərlər