Sələf Xəbər


MÜSƏLMAN DÜNYASI

 Son Xəbərlər

Türkiyədən Suriya türkmənlərinə dəstək

Fevral 02
17:47 2016

Türkiyə Silahlı Qüvvələrinə məxsus topçu batareyaları Suriyanın türkmən bölgəsində yerləşən Qızıldağdakı Rusiya və Əsəd rejiminə aid mövqeləri vurub.

“Sələf Xəbər” Avropa.infoya istinadən xəbər verir ki, Suriyanın Lazkiyə şəhəri kəndində yerləşən Türkmən Dağında qarşıdurmalar davam edərkən Türkiyə ordusu Qızıldağda yerləşən Murtuzlu Təpəsini və ətrafını vurub.

Türkiyə mətbuatının verdiyi məlumata görə, dünən səhər saatlarında türkmən müxaliflərin başlatdığı əks hücuma dəstək mahiyyəti daşıyır.

Suriyada rejimə aid informasiya vasitələrinin yaydığı məlumata görə, türk toplarının atəşi nəticəsində ən azı 5 Əsəd əsgəri yaralanıb.

Qeyd edək ki, 3 aydır ki, Rusiya təyyarələrinin müşayəti ilə İran-Hizbullah- Əsəd əsgərləri türkmənlərin yaşadığı bölgəyə intensiv hücum təşkil edirlər.

Sələf Xəbər: Uca Allahdan bütün müsəlmanların mənəvi və dünyəvi vəziyyətini düzəltməyini diləyirik. Amin!

Digər xəbərlər