Sələf Xəbər


MÜSƏLMAN DÜNYASI

 Son Xəbərlər

Türkiyədən Suriyaya keçmək istəyən 15 çinli saxlanılıb

Aprel 08
15:57 2015

Türkiyədə Suriyadakı döyüşlərə qoşulmaq üçün sərhədi qanunsuz keçməyə çalışan 15 Çin vətəndaşı saxlanılıb.

“Sələf Xəbər”in Trend-ə istinadən verdiyi məlumata görə, Çin vətəndaşları Qaziantəp vilayətində saxlanılıblar. Ordan həmin şəxslərin Suriyaya keçməyə hazırlaşdığı bildirilib.

Saxlanılmış Çin vətəndaşları vətənlərinə deportasiya olunacaqlar.

Son iki həftə ərzində Türkiyədən Suriyaya keçməyə çalışan 30-dan çox xarici vətəndaş saxlanılıb.

Bundan əvvəl Türkiyə rəsmiləri Avropa ölkələrinin xüsusi xidmətləri tərəfindən şübhəli şəxslər barədə məlumatlar verilmədiyini, bununla da onların radikalları başdan etməyə çalışdıqlarını bildirmişdilər. 2013-cü ildən İraq və Suriya ərazilərində möhkəmlənən “İslam dövləti”-İŞİD terror xəvaric qruplaşması öz sıralarına minlərlə xarici vətəndaş toplaya bilib. Xarici vətəndaşlar əksər hallarda qanunsuz şəkildə Suriyaya keçə bilmək üçün Türkiyə ərazilərindən istifadə edirlər.

Sələf Xəbər: Şeyx Məhəmməd əl-Mədxəli (Allah ona rəhmət etsin) buyurmuşdur: “Cihad haqqında onun şərtlərini, qaydalarını bilən alimlər danışa bilər. İŞİD terror xəvaric qruplaşmasının etdiyi cihad yox, fitnədir”.

Digər xəbərlər