Sələf Xəbər


MÜSƏLMAN DÜNYASI

 Son Xəbərlər

Türkiyəli hakerlər Çinin dövlət saytlarında azan oxutdurub

İyul 02
14:34 2015

Türkiyə Çini “iflic” edib.

Çin hökumətinin Şərqi Türküstanda uyğur türklərinə Ramazan ayında oruc tutmalarına izin verməməsi və işgəncələrə məruz qoymaları türkiyəli hakerləri hərəkətə keçirib.

“Sələf Xəbər” Avropa.info-ya istinadən xəbər verir ki, “Ayyıldız Tim” adlı haker qrupu Çinin dövlət saytlarını ələ keçirib.

“Ayyıldız Tim” qrupu ələ keçirdiyi saytlarda Azan oxudub. Bundan başqa qrup Çin hakimiyyətinə mesaj da verib, “Şərqi Türküstanlı qardaşlarımızın yanındayıq”.

Sələf Xəbər: Uca Allah buyurur: “Məhz Allaha və Onun Elçisinə qarşı çıxanlar ən zəlil kimsələr arasında olacaqlar. Allah (əzəldən) belə yazmışdır: “Mən və elçilərim hökmən qalib gələcəyik!” Həqiqətən, Allah Qüvvətlidir, Qüdrətlidir”. (Qurani-Kərim, “Mucadilə” surəsi, 20,21-ci ayələr)
“Bu, Qüdrətli Rəbbin vədi və təhdididir. Bu təhdid Ona və Onun Elçisinə (Allahın ona salavat və salamı olsun) müqavimət göstərənlərə, onlara iman gətirməyənlərə və onların hökmlərinə itaətsizlik göstərənlərə yönəldilmişdir. Onlar alçaldılacaqlar və özlərinə köməkçi tapmayacaqlar. Belə bir son necə də pisdir!
Vəd Rəbbə və Onun Peyğəmbərinə (Allahın ona salavat və salamı olsun), elçilərin yolu ilə gedənlərə və bununla da Allahın firqəsinə daxil olanlara yönəldilmişdir. Bu isə uğur qazanmışların firqəsidir. Onların nəsibi – həm bu dünyada, həm də Axirətdə Allahın köməyi, həmçinin qələbə və zəfərdir. Bu vəd nə pozulmayacaq, nə də dəyişdirilməyəcəkdir. Qüdrətli və Böyük Allah Sadiqdir! Heç bir şey Onun qəbul etdiyi qərarı yerinə yetirməsinə maneə ola bilməz!” (Bax: “Təfsir Əs-Saadi”)

Digər xəbərlər