Sələf Xəbər


MÜSƏLMAN DÜNYASI

 Son Xəbərlər

Türkiyəli jurnalistlər Suriyada çəkiliş zamanı yaralanıb – VİDEO

İyul 07
15:41 2015

Türkiyəli jurnalistlər Suriyada hücuma məruz qalıb.

“Sələf Xəbər” “Qafqazinfo”ya istinadən xəbər verir ki, TRT Türk televiziya kanalında yayınlanan səyahət və xəbər proqramının aparıcısı və operatoru, Hələbdə münaqişəni izləyən Anadolu Agentliyinin jurnalisti hücum nəticəsində yaralanıb.

Atışmada ayağından yaralanan Adəm Özköse Hələbdə yüz ilin faciəsinin yaşandığını bildirib: “İran və Livandan gətirilən snayperlər hərəkət edən hər şeyə atəş edir”. Hər iki media qurumunun əməkdaşlarına ilk yardım göstərilib və vəziyyətlərinin yaxşı olduğu bildirilir.

Qeyd edək ki, Özköse 2012-ci ildə çəkiliş zamanı Əsəd qüvvələri tərəfindən qaçırılıb 70 gün həbsdə saxlanılıb.

🎬

Sələf Xəbər: Uca Allahdan bütün müsəlmanları düz yola yönəltməklə fitnənin şərindən qorumasını diləyirik. Amin!

Digər xəbərlər