Türkiyəni qan gölünə çevirmək PLANI – 19 gün əvvəl ANONSU VERİLMİŞDİ – VİDEO
1. 502 dəfə baxılıb
ABŞ və Türkiyə arasında viza böhranının əsas səbəbkarlarından biri kimi göstərilən ABŞ-ın Türkiyədəki səfiri Con Bass Ankaradan getməzdən əvvəl – oktyabrın 11-də İŞİD xəvaric terror təşkilatı ilə bağlı qalmaqallı bəyanat vermişdi. Amerikalı diplomat 9 aydan çoxdur ki, İŞİD xəvaric terror təşkilatının Türkiyədə terror aktları törətməməsini qabartmışdı.
O bildirmişdi ki, İŞİD-in son 9 ayda Türkiyəyə qarşı ciddi bir hücum həyata keçirməməsinin səbəbi heç də terror təşkilatının bundan vaz keçməsi ilə bağlı deyil. Səfirin sözlərinə görə, İŞİD-in Türkiyədə terror aktları törətməməsinin səbəbi iki ölkənin əməkdaşlığının nəticəsidir. Diplomat bununla da İŞİD-in iplərinin ABŞ-ın əlində olduğunu etiraf etmişdi. Türkiyədə İŞİD-ə qarşı həyata keçirilən son əməliyyatlar da Con Bassın İŞİD üzərindən Ankaranın təhdid etməsini yada salıb.
Türkiyə KİV-i xəbər verir ki, ölkənin təhlükəsizlik qüvvələri İŞİD xəvaric terror təşkilatının 29 oktyabr Cümhuriyyət Gününə planlaşdırdıqları genişmiqyaslı terror aktlarının qarşısını alıb.
Son iki gündə ölkənin 9 vilayətində keçirilən əməliyyatlarda ümumilikdə 143 nəfər saxlanılıb. Onların əksəriyyəti xarici vətəndaşlardır. İzmirdə tutulan İŞİD xəvaric terror təşkilatı üzvlərindən 2-sinin isə azərbaycanlı olduğu bildirilir.