“Türkiyəni tənha qoymaq olmaz”
Yanvar 15
17:05
2016
699 dəfə baxılıb
“Miqrant böhranı ilə bağlı Türkiyəyə yardım etmək lazımdır. Türkiyəni tək qoymaq olmaz”.
“Sələf Xəbər” Axar.az-a istinadən xəbər verir ki, bu sözləri Norveçin Miqrasiya və İnteqrasiya naziri Silvi Listhauq deyib.
Türkiyənin Qaziantep şəhərində səfərdə olan nazir suriyalı miqrantların vəziyyətini öyrənmək üçün qaçqın düşərgələrinə baş çəkib.
Daha sonra Qaziantep bələdiyyəsinin sədri Fatma Şahinlə görüşən Silvi Listhauq bildirib ki, Norveç hökuməti miqrant böhranının həlli üçün əlindən gələni edir.
Fatma Şahin də öz növbəsində qeyd edib ki, sözügedən problemin həlli ilə bağlı Avropa ölkələri ilə əməkdaşlıq edilməlidir. O, qaçqınların öz ölkələrində yaşamalı olduqlarını vurğulayıb.
Sələf Xəbər: Uca Allahdan müsəlmanlara səbir verməsini və bizim hamımıza Tək Ona olan ibadətimizi asanlaşdırmasını diləyirik. Uca Allahın buyurduğu kimi: “Şübhəsiz ki, hər çətinlikdən sonra bir asanlıq gələr!” (Qurani-Kərim, “əl-İnşirah” surəsi, 5-ci ayə)