Türkiyənin Afrikada içməli su layihəsi
1. 200 dəfə baxılıb
Türkiyənin Meşə və Su Təsərrüfatı Nazirliyi içməli su problemi ilə üz-üzə qalan daha 9 Afrika ölkəsinə yardım edəcək.
“Sələf Xəbər” in “Anadolu Agentliyi”nə istinadən xəbərinə görə, bu barədə Meşə və Su Təsərrüfatı naziri Veysəl Əroğlu verdiyi müsahibədə bildirib.
Türkiyənin Afrika ölkələri ilə “dostluq körpüsü” adlı layihələrin həyata keçirilməsinin davam etdiyini vurğulayan nazir bildirib ki, bu layihə çərçivəsində indiyədək 8 Afrika ölkəsi içməli su ilə təmin olunub. Hal-hazırda isə nazirlik qitədə daha 9 ölkəni içməli su ilə təmin etməyi düşünür. Beləliklə, 2019-cu ilədək qitədə içməli su ilə təmin olunan insanların sayı 1,7 milyon nəfərdən 3 milyon nəfərə qədər artacaq.
Veysəl Əroğlu 2019-cu ilə qədər Çad, Toqo, Benin, Qana, Qvineya, Seneqal, Qvineya Bisau, Qambiya və Keniyanı su ilə təmin edəcəklərini qeyd edib.
Xatırladaq ki,adambaşına istifadə olunan suyun miqdarının dünya əhalisinin istifadə etdiyi su miqdarının dörddə birindən az olduğu Afrika ölkələrində vəziyyət olduqca acınacaqlıdır. Çətin həyat şəraitində yaşayan insanlar üçün 2600 su quyusu qazılaraq 9 milyon insan içməli su ilə təmin olunub.
Razılaşmalar çərçivəsində su qaynaqlarının qorunması, inkişaf etdirilməsi və idarə edilməsi, su və arıtma texnologiyaları, su keyfiyyətinin monitorinqi, suvarma, su quyularının açılması, anbar tikintisi işlərində ölkələr arasındakı əməkdaşlıq daha da inkişaf etdiriləcək.
Sələf Xəbər: Uca Allah buyurur: “Mallarını Allah yolunda xərcləyənlərin məsəli yeddi sünbül verən bir toxumun məsəlinə bənzəyir ki, sünbüllərin hər birində yüz ədəd dən vardır. Allah dilədiyi kimsənin (mükafatını )artırar. Allah (hər şeyi) Əhatəedəndir, Biləndir.” (Qurani Kərim, “Bəqərə” surəsi, 261-ci ayə)
“Uca Allah qullarını öz mallarını Allah yolunda xərcləməyi və bu yolla gedərək Ona yaxınlaşmağa çağırır. Bu o deməkdir ki, möminlər öz mallarını faydalı biliklərin yayılmasına, Allah yolunda cihada hazırlaşmaya, müsəlman döyüşçülər üçün ləvazimatın və onların özlərinin hazırlanmasına və həmçinin müsəlmanların xeyrinə olan istənilən xeyriyyə layihələrinin həyata keçirilməsinə sərf etməlidirlər. Buraya habelə, ehtiyacı olanların, kasıbların və imkansızların xeyrinə ayrılan ianələr və sədəqələr da daxildir.
Belə ianələr və sədəqələr iki qat xeyir verir, axı onlar nəinki, ehtiyacı olanların ehtiyacdan xilas olmasına səbəb olur, həm də ardıcıl olaraq yaxşı əməllər yerinə yetirilməsinə və Allahı məmnun edən işlərin görülməsinə səbəb olur. Onlara görə mükafat isə, yeddi yüz dəfə və daha çox artırıla bilər. Məhz buna görə Allah deyir ki, O, istədiyi adama, onun qəlbində möhkəmlənmiş imanından, niyyətinin paklığından və sədəqələrinin verdiyi xeyirdən asılı olaraq, mükafatını artırır. Bir sıra yaxşı məqsədlərə yönəldilmiş sədəqələr uzun müddət bəhrə verir və onlardan gələn fayda müxtəlif olduğu halda, Allahın mükafatı həmişə edilən yaxşı əməlin növünə uyğun gəlir” (Bax “Təfsir Əs-Saadi”).