Türkiyənin İraqa sərt cavabı: “Belə danışması haqsızlıqdır”
806 dəfə baxılıb
Türkiyə İraq hökumətinə sərt cavab verib.
“Sələf Xəbər” Avropa.infoya istinadən xəbər verir ki, Türkiyənin Şimali İraqda PKK-nı vurmasına İraqın etiraz etməsi rəsmi Ankaranın qəzəbinə səbəb olub. Türkiyə Xarici İşlər Nazirliyinin yaydığı açıqlamada deyilir:
“İraq hökuməti hər nə qədər İraq torpaqlarından Türkiyəyə qarşı hər hansı təcavüzə yol verməmə öhdəliyini vurğulasa da, PKK-nın İraq torpaqlarında gizləndiyi məlumdur. Bu öhdəliyi yerinə yetirməyən, torpaqlarının üçdə biri bir qruplaşmanın nəzarətində olan və sərhədlərini nəzarət altında saxlamaq imkanı olmayan, ölkəmizin, vətəndaşları və təhlükəsizlik qüvvələrinə qarşı silahlı aksiyalar həyata keçirən PKK terror təşkilatıyla mübarizəsinə qarşı mövqe nümayiş etdirməyən hökumətin belə danışması haqsızlıqdır”.
Qeyd edək ki, İraqın Baş naziri Heydər İbadi Türkiyəni onun ölkəsinin ərazisində PKK-nı vurmaqda ittiham etmişdi.
Sələf Xəbər: Uca Allahdan bütün müsəlmanların mənəvi və dünyəvi vəziyyətini düzəltməyini diləyirik. Amin!