Türkiyənin İŞİD-i bombalamasına İranın sərt reaksiyası
1. 429 dəfə baxılıb
Türkiyənin Suriyadakı İŞİD xəvaric terror qruplaşması hədəflərini bombalaması İranın narazılığına səbəb olub.
“Sələf Xəbər” Avropa.infoya istinadən xəbər verir ki, İranın rəsmi xəbər agentliyi İRNA-nın sualına cavab verən Xarici İşlər Nazirliyi sözçüsü Mərziyyə Afham Türkiyənin bu addımını Suriyanın suverenliyinə hörmətsizlik kimi qiymətləndirib.
“İŞİD xəvaric terror qruplaşması qarşı mübarizə ölkələrin milli suverenliyinə hörmət göstərilərək beynəlxalq hüququn əsas prinsiplərinə uyğun olaraq aparılmalıdır. Dövlətlərin milli suverenliyini zəiflədəcək hər cür əməliyyat İŞİD xəvaric terror qruplaşması daha da gücləndirəcək və daha da cəsarətləndirəcək”.
Qeyd edək ki, Suriya ərazisinə girdiyi üçün, Türkiyəni ittiham edən İranın hazırda silahlı birləşmələri Suriya və İraq ərazisindədir. Suriyada İranın hərbi birləşmələri diktator Bəşər Əsədlə birlikdə müxaliflərə qarşı vuruşur.
Sələf Xəbər: Şeyx Məhəmməd əl-Mədxəli (Allah ona rəhmət etsin) buyurmuşdur: “Cihad haqqında onun şərtlərini, qaydalarını bilən alimlər danışa bilər. İŞİD xəvaric terror qruplaşmasının etdiyi cihad yox, fitnədir”.