Sələf Xəbər


MÜSƏLMAN DÜNYASI

 Son Xəbərlər

Türkiyənin İŞİD planı

Mart 10
19:41 2015

Rəsmi Ankara, Mosulun İŞİD terror xəvaric qruplaşmasından azad edilməsi üçün 10 maddəli dəstək planını açıqlayıb.

“Sələf Xəbər” Axar.az-a istinadən məlumat verir ki, Türkiyənin verəcəyi təchizat və kəşfiyyat dəstəyi “Beynəlxalq Ordu Konsepti” çərçivəsində reallaşacaq.

Türkiyənin “Mosul Planı”nda təyin olunan 10 maddə:

  1. Türkiyə koalisiya qüvvələrinə təchizat-kəşfiyyat dəstəyi verəcək;
  2. Rakka, Telafer, Teləbyad kimi sərhəd şəhərlərdə kəşfiyyat aparılacaq;
  3. Diyala hərbi düşərgəsində təlimlər davam edəcək;
  4. Peşmərgəyə təlim keçən türk zabitlərin sayı artırılacaq;
  5. Sərhəddə qaçqın axınına qarşı tədbir görüləcək;
  6. Minalanmış sahələrin mühafizəsi gücləndiriləcək;
  7. Bölgədəki türkmanlar güclü mühafizə olunacaq;
  8. Kəşfiyyat uçuşları artırılacaq, Diyarbəkirdə müdafiə sistemi gücləndiriləcək;
  9. İŞİD terror xəvaric qruplaşmasından gələ biləcək təhlükələrə qarşı sərhədyanı bölgələrdə təhlükəsizlik tədbirləri gücləndiriləcək;
  10. Müxaliflərin Türkiyədə təliminə dəstək veriləcək.

Bundan başqa, plana görə, hədəf olaraq 30 qərargah seçilib.

Xatırladaq ki, plan Müdafiə naziri İsmət Yılmazın ötən həftə Bağdad və Ərbilə reallaşdırdığı səfərindən sonra təsdiq olunub.

Bu arada, ABŞ-ın İŞİD terror xəvaric qruplaşmasını kökündən məhv edəcək 4 maddəli əməliyyat planına başladığı iddia olunub. Aprelin ikinci həftəsində başlaması gözlənilən plana görə, Mosul əməliyyatında koalisiya qüvvələri iki mərhələli hücum reallaşdıracaq. Əsas hədəf kimi isə təşkilatın qərargah olaraq istifadə etdiyi 30 nöqtənin məhv edilməsi nəzərdə tutulur. Birinci mərhələdə İŞİD terror xəvaric qruplaşmasının mövqeləri havadan məhv ediləcək. Hava əməliyyatlarının təxminən 4-5 ay davam etməsi gözlənilir. Bundan sonra isə planın ikinci mərhələsi başlayacaq.
İŞİD terror xəvaric qruplaşmasına son qoyacaq əməliyyatda İraq ordusu sözügedən məntəqələrə yeridiləcək.

Sələf Xəbər: Mədinə İslam Universitetinin İslam İdeologiyası kafedrasının professoru, İslam hüququ üzrə doktor şeyx Salih Suheymi (Allah onu qorusun) demişdir: “Xəvariclərin konkret məqsədləri yoxdur. Avamlıq, cahillik və şovinist şüarları altında savaşırlar. Məhəmməd Peyğəmbər (Allahın ona salavat və salamı olsun) buyurmuşdur: “Cahillik bayrağı altında vuruşanlar bizdən deyil”. (Müslim) Bu o kəslərdir ki, şovinizm üçün döyüşür və ya şovinizmə çağırırlar. Bu insanlar – cahil, avam, yaşları az, ağıldan kəmdirlər. Peyğəmbər (Allahın ona salavat və salamı olsun) onlardan (xəvariclərdən) çəkindirir və buyururdu: “Onları harada görsəniz öldürün. Əgər mən onların zamanına yetişə bilsəydim, onları eynilə Ad qövmünün öldürüldüyü kimi öldürərdim”. (Əl-Buxari)

Digər xəbərlər