Sələf Xəbər


MÜSƏLMAN DÜNYASI

 Son Xəbərlər

Türkiyənin “Simurqu” havada

Fevral 10
17:57 2016

Layihə üzərində 180 türk mühəndisi işləyib.

Türkiyə “ANKA” adlı (“Simurq” – red.) yerli pilotsuz uçan aparatı (PUA) sınaqdan keçirir.

“Sələf Xəbər” Oxu.Az-a istinadən xəbər verir ki, bu barədə Anadolu agentliyi ölkənin Silahlı qüvvələrinin möhkəmləndirilməsi Fonduna əsasən məlumat yayıb.

Fondun məlumatına görə, bu gün ANKA pilotsuzu dörd saatlıq uğurlu uçuş həyata keçirib.

Türkiyədə “ANKA” üzərində iş 2004-cü ildən aparılır.

“ANKA” uzunmüddətli uçuş qabiliyyətinə malik orta hündürlüklü aparatlar sinifinə daxildir.

Türkiyənin pilotsuzu İsrailin “Heron” pilotsuzu ilə müqayisədə bir sıra üstünlüklərə malikdir.

Əgər “Heron” 30 min fut hündürlüyə 185 kq yük qaldıra bilirsə, “ANKA”nın qaldırdığı yükün çəkisi 200 kq-dan artıqdır.

Sələf Xəbər: Uca Allah buyurur: “(Düşmənlərə) qarşı bacardığınız qədər qüvvə və döyüş atları hazırlayın ki, bununla Allahın düşmənini, öz düşməninizi və onlardan başqa sizin bilmədiyiniz, lakin Allahın bildiyi kimsələri qorxudasınız”. (Qurani-Kərim “Ənfal” surəsi, 60-cı ayə)

Digər xəbərlər