Türkiyənin yeni parlamenti dörd siyasi partiya ilə formalaşacaq
679 dəfə baxılıb
“Sələf Xəbər” AZƏRTAC-a istinadən xəbər verir ki, iyunun 7-də Türkiyə Böyük Millət Məclisinə keçirilmiş növbəti seçkilərə dair səsvermənin ilkin nəticələri açıqlanıb.
Ankara vaxtı ilə 23.00-da yayılmış məlumatda bildirilir ki, artıq seçki qutularının əksəriyyəti açılıb. Ölkə üzrə seçici hüququ olanların 86 faizdən çoxu səsvermədə iştirak edib.
Ədalət və İnkişaf Partiyası (AKP) səslərin 40,8 faizinə sahib olmaqla irəlidədir. Cümhuriyyət Xalq Partiyası səslərin (CHP) 25,11 faizini, Millətçi Hərəkat Partiyası (MHP) isə 16,4 faizini toplayıb. Xalqların Demokratik Partiyası (HDP) isə seçicilərin, təxminən 12,91 faizinin etimadını qazana bilib.
Seçkidə iştirak edən digər partiya təmsilçiləri ilə bitərəf namizədlərin topladıqları səslər mandat almaq üçün yetərli sayılmır.
Beləliklə, Türkiyənin yeni parlamentində AKP 258, CHP 132, MHP 81, HDP isə 79 mandata iddialıdır. Bu bölgüyə əsasən yeni parlament dörd siyasi partiya ilə formalaşacaq.
Türkiyə qanunlarına görə, Prezident Rəcəb Tayyib Ərdoğan yeni hökuməti qurmaq üçün Ədalət və İnkişaf Partiyasına etimad göstərə bilər. AKP isə yeni hökuməti qurmaqdan ötrü Türkiyə Böyük Millət Məclisindən 276 səs almalıdır.
Qeyd edək ki, seçkinin nəticələrinə dair göstəricilər ölkə daxilində, xaricdə və gömrük-keçid məntəqələrindəki səsvermələri əhatə edir.
Sələf Xəbər: Qeyd etmək vacibdir ki, tam və mütləq hakimiyyət Tək Allaha məxsusdur, xalqa deyil. Uca Allah buyurur: “Məgər bilmirsən ki, göylərin və yerin hökmranlığı Allaha məxsusdur?” (Qurani-Kərim, “Maidə” surəsi, 40-cı ayə)