Sələf Xəbər


MÜSƏLMAN DÜNYASI

 Son Xəbərlər

Türklər Məkkəyə metro çəkəcək

İyul 09
13:25 2015

Türkiyə şirkəti Məkkəyə metro xətti çəkəcək.

“Sələf Xəbər” AzVision.az-a istinadən xəbər verir ki, Türkiyənin məşhur Kolin İnşaat şirkəti İspaniyanın İsoluks Korsan və Səudiyyə Haif şirkəti ilə birlikdə Səudiyyə Ərəbistanında Məkkə metrosunun iki xəttini çəkəcək.

İnşasına 2016-cı ildə başlanacaq metronun B və C xətti olacaq. B xətti 11,9 kilometr uzunluğunda üç stansiyadan, C xətti isə 13 kilometr uzunluğunda 6 stansiyadan ibarət olacaq.

Tikintinin 2019-cu ildə yekunlaşacağı bildirilir.

Sələf Xəbər: Xatırladaq ki, Uca Allah 1400 il əvvəl Quranda, indiyədək bəşəriyyətə məlum olmayan müxtəlif nəqliyyat növlərinin meydana çıxması barədə bizə xəbər verib. Uca Allah buyurur: “Atları, qatırları və uzunqulaqları sizə həm minik, həm də zinət olsun deyə (Allah yaratdı). O, sizin hələ bilmədiyiniz bir çox şeylər də yaradacaqdır”. (Qurani-Kərim, “Ən-Nəhl” surəsi, 8-ci ayə)

Nüfuzlu Quran təfsirçisi, mərhum Əbdürrəhman Əs-Saadi (Allah ona rəhmət etsin) bu ayəni şərh edərkən demişdir: “Uca Allah, həmçinin xəbər verir ki, Quran nazil edildikdən sonra da insanları bilmədiyi çoxlu şeylər yaradılacaqdır. İnsanlar quruda, dənizdə və havada istifadə ediləcək müxtəlif əşyalar icad edəcəklər. Onlar bu ixtiraları öz maraqları üçün tətbiq edəcək və onlardan faydalanacaqlar. Əvvəllər, maşın, qatar, təyyarə və başqa nəqliyyat növlərinin ixtirasına qədər, insanlar hər hansı rahatlıq olmadan yola həftələr, hətta aylar sərf edirdi, bu gün isə biz rahat şəkildə gün ərzində dünyanın istənilən nöqtəsinə çatırıq, bu da şübhəsiz ki, Uca Allahın bir lütfüdür”.

Digər xəbərlər