Sələf Xəbər


MÜSƏLMAN DÜNYASI

 Son Xəbərlər

Türkmən Dağından mesaj – “Haqqınızı halal edin”

Yanvar 18
16:09 2016

Suriyada Əsəd güclərinə qarşı vuruşan türkmənlərin Sultan Əbdülhəmid Briqadasının mətbuat sözçüsü Mustafa Abdullah Türkmən Dağındakı son vəziyyət haqqında açıqlama verib.

“Sələf Xəbər” Avropa.info-ya istinadən Mustafa Abdullahın açıqlamasını təqdim edir:

“Dünən səhər saat 5 radələrində Türkmən Dağına Rusiya təyyarələrinin havadan dəstəyi ilə quru hücumu başlandı. 2 bölgədən başlayan hücumda İrandan gələn muzdlular, Hizbullah və rejim əsgərləri ilə Mihraç Uralın dəstəsi iştirak edirdi.

1-ci bölgə Çardaqlı cəbhəsində, 2-ci dairədə isə Dagdahan xəstəxanasının yaxınlığından başlayan hücumlara lazımi cavab verdik. Lakin intensiv hava hücumları və bombardıman nəticəsində geri çəkilməyə məcbur olduq.

Çardaqlı kəndi bütün müdafiə və müqavimətə baxmayaraq, tamamilə rejimin nəzarətinə keçmişdir. Dagdahan cəbhəsində isə şəhid məzarlığı və ətrafındakı təpələr, Kulcuk kəndindəki strateji yüksəkliklər də rejim nəzarətinə keçmişdir. Allah yardımçımız olsun. Haqqınızı halal edin”.

Sələf Xəbər: Uca Allahdan müsəlmanlara kömək etməyini və cinayətkarları cəzalandırmağını diləyirik!

Digər xəbərlər