Sələf Xəbər


MÜSƏLMAN DÜNYASI

 Son Xəbərlər

“Türkmən dağını itirdiyimiz gün Türkiyənin sərhədində PKK dövləti qurulacaq”

Yanvar 29
17:20 2016

“Türkmən dağını itirdiyimiz gün Türkiyənin 950 km-lik cənub-şərq sərhədində PKK dövləti qurulacaq”.

“Sələf Xəbər” Axar.az-a istinadən xəbər verir ki, bunu “Doğan Xəbər” agentliyinə Rusiyanın vurulan Su-24 bombardmançısının paraşütlə atlayan pilotunu öldürdüyü iddia olunan türk komandir Alparslan Çelik deyib.

“2 il bundan əvvəl gücsüz, üçüncü dünya dövlətinin ordusuna qarşı döyüşürdük. Bu gün isə qarşımızda Rusiya və İran var. Türkmən dağını itirdiyimiz gün Türkiyənin 950 km-lik cənub-şərq sərhədində PKK dövləti qurulacaq. Kürd dövləti demirəm. İsrail, ABŞ və Rusiyanın birgə quracağı PKK dövləti. Türk milləti və dövləti olaraq həmişə buna qarşı mübarizə aparmalıyıq”, – deyə Alparslan Çelik bildirib.

Qeyd edək ki, Türkiyə noyabrın 24-də Suriya sərhədində Rusiyanın Su-24 bombardmançısını vurub. Təyyarənin pilotu katapult edib və havada ikən açılan atəş nəticəsində ölüb. Rus pilotu Alparslan Çelikin öldürdüyü iddia olunub. Bundan sonra Rusiya kəşfiyyatının türk komandiri axtarması barədə xəbərlər yayılıb.

Sələf Xəbər: Uca Allahdan bütün müsəlmanların mənəvi və dünyəvi vəziyyətini düzəltməyini diləyirik. Amin!

Digər xəbərlər