Sələf Xəbər


MÜSƏLMAN DÜNYASI

 Son Xəbərlər

Türkmənlər Əsədə qarşı döyüşür

Avqust 04
16:03 2015

Azərbaycan əsilli türkmənlər Suriyanın şimalındakı Lazkiyə bölgəsində yerləşən Türkman dağını Bəşər Əsəd ordusundan təmizləmək üçün hücuma keçib.

Ötən gün səhər saat 5:00-dan başlayan döyüşlər hazırda davam edir. Döyüşlərə Sultan Əbdülhəmid tuqayı, I sahil tüməni, II sahil tüməni və Ketibetul Mustafa qatılıb. Məlumata görə, türkmənlər Əsəd ordusunun əlində olan Sinan təpəsi, Fırınlıq, Mahmiyyə, 32-ci təpə, 45 və 46-cı təpə adlanan mövqeləri atəş altında saxlayır.

“Sələf Xəbər” Avropa.infoya istinadən məlumat veriri ki, “Əl Cəzirə türk”ə danışan Sultan Əbdülhəmid tuqayının komandiri Ömər Abdulla Kəsəp əməliyyatların Əsəd ordusunun bölgədən çəkilənə qədər davam edəcəyini bildirib.

“Türkmənlər Əsəd bölgədən gedənə qədər öz torpaqlarını müdafiə edəcək”, – deyə komandir bildirib.

Sələf Xəbər: Uca Allahdan bütün müsəlmanları düz yola yönəltməklə fitnənin şərindən qorumasını diləyirik. Amin!

Digər xəbərlər