Sələf Xəbər


MÜSƏLMAN DÜNYASI

 Son Xəbərlər

“Twitter”dəki yazısına görə səudiyyəli ateistə necə cəza verilib?

Mart 01
17:49 2016

Səudiyyə məhkəməsi 28 yaşlı səudiyyəli ateisti “Twitter” sosial şəbəkəsində yerləşdirdiyi yazısına görə 10 il müddətinə həbsə məhkum edib.

Səudiyyə Krallığı sakinlərinin sosial şəbəkələrdə monitorinq fəaliyyətinə dövlətin şəriət polisi nəzarət edir. Səudiyyəli ateistin sosial şəbəkələrdə uzun müddət Allahın varlığını inkar edərək “Qurani-Kərim”ə istehza edən fikirlərini və yazılarını aşkar edən polis onu həbs edib.

Öz günahını etiraf etməyən və fikirlərini sərbəst ifadə etmək hüququna sahib olduğunu bildirən gənci məhkəmə 10 il həbs cəzasından əlavə, 2000 şallaq cəzası və 5 min dollar cərimə ilə cəzalandırıb.

Mənbə: İslam-Today

Sələf Xəbər: Uca Allah buyurur: “Bəlkə onlar öz-özünə yaranıblar? Yaxud onlar yaradanlardır? Yoxsa onlar göyləri və yeri yaradıblar? Xeyr, onlar qətiyyən inanmırlar.” (Müqəddəs Quran, “Tur” surəsi, 35-36-cı ayələr)

“Bu – dinin gerçəkliyi lehinə təkzibolunmaz bir dəlildir. Əgər insan onu etiraf edirsə, onda o, iman gətirməlidir. Əgər o, onu rədd edirsə, deməli, o, nəinki təkcə dini rədd edir, o, əslində, həm də sağlam düşüncəni də rədd edir. Tövhidi və Elçinin (Allahın ona salavat və salamı olsun) öyrətdiklərini inkar edən kafirlər, əslində, onları Allahın yaratdığını inkar edirlər.

Din və sağlam düşüncə sübut edir ki, insanın əmələ gəlməsini yalnız üç ehtimaldan biri ilə izah etmək mümkündür.

Güman etmək olar ki, insanlar dünyaya öz-özünə gəliblər. Onları heç kim yaratmamışdır və onlar kənardan heç bir təsir olmadan peyda olmuşlar. Əlbəttə ki, bu açıq-aşkar cəfəngiyatdır. Həm də ehtimal etmək olar ki, onlar özləri özlərini yaratmışlar, lakin bu da mümkün deyildir. Özünün özünü necə yarada biləcəyini hətta ehtimal etmək belə çətindir.

Əgər nə birinci, nə də ikinci ehtimal mümkün deyilsə, onda biz yalnız Yaradanın olduğunu qəbul etməliyik ki, bu da Uca Allahdır. Kimə ki, bu həqiqət aydın olur, o mütləq dərk edir ki, yalnız Allah Öz məxluqlarının ibadətinə layiqdir.” (Bax “Təfsir Əs-Saadi”).

Digər xəbərlər