Sələf Xəbər


MÜSƏLMAN DÜNYASI

 Son Xəbərlər

Ulduz futbolçu azanı eşidən kimi…

Aprel 24
13:18 2015

“Beşiktaş”ın seneqallı legioneri Demba Ba namaz vaxtı bütün komandanı gözlədib.

“Sələf Xəbər”in Lent.az-a istinadən məlumatına görə, hadisə “Kasımpaşa” – “Beşiktaş” (1:5) matçından sonra baş verib.

Qarşılaşmanın başa çatmasından sonra “Beşiktaş”ın üzvləri klubun avtobusuna miniblər və Demba Ba da minərkən azan oxunmağa başlayıb.

Namaza böyük həssaslıqla yanaşan Demba Ba avtobusa minmək fikrindən daşınaraq ibadətini yerinə yetirmək üçün məscidə gedib.

Komanda yoldaşları isə namazı qılıb qayıdana qədər Demba Banı gözləyib. Ulduz futbolçu namazdan qayıtdıqdan sonra komandanın avtobusu yola düşüb.

Sələf Xəbər: Umm Fərvadan (Allah ondan razı olsun) rəvayət olunur ki, Allahın Elçisindən (Allahın ona salavat və salamı olsun) soruşublar: “Əməllərdən ən yaxşısı hansıdır? O cavab vermişdir: “Vaxtının əvvəlində qılınan namaz!” (Əbu Davud, 426, ət-Tirmizi 170, əd-Dərəkutni 1/12. Şeyx Albani bu hədisin səhih olduğunu təsdiqləmişdir.)

Digər xəbərlər