Ümrəyə gedənlərə hədiyyə verilir
İyun 13
17:10
2016
786 dəfə baxılıb
Ramazan ayında ümrə ziyarəti üçün Məkkəyə gələn zəvvarlar Ciddə hava limanında yerə endikləri zaman xoş hədiyyələrlə qarşılaşırlar.
Səudiyyə Ərəbistanı Həcc və Ümrə Nazirliyinin təşkili ilə Ramazan ayında ümrə ziyarətinə gəlmiş hər bir zəvvara qızılgül dəstəsi, iftar üçün xurma, ərzaq paketləri və digər hədiyyələrin təqdim olunduğu xüsusi bir çadır qurulub.
Bu xüsusi tədbirin bütün Ramazan ayı boyunca keçiriləcəyi bildirilir.
Xatırladaq ki, hər 8 saat ərzində Ciddə hava limanı 4-5 min zəvvar qəbul edir.
Mənbə: İslam-Today
Sələf Xəbər: İbn Abbas (Allah ondan razı olsun) Peyğəmbərin (ona Allahın salavatı və salamı olsun) belə dediyini rəvayət etmişdir: “Ramazan ayı gəldikdə ümrə et. Bu ayda edilən ümrə həccə bərabərdir.” (Buxari: 1782).