Sələf Xəbər


MÜSƏLMAN DÜNYASI

 Son Xəbərlər

Universitetdə partlayış törədilib

Noyabr 11
18:32 2015

Hadisə baş verən an ali məktəbdə dərslər bitib və tələbələr binadan çıxırmış.

“Sələf Xəbər” Xəzər Xəbərə istinadən bildirir ki, Suriyanın Latakiya şəhərində universitetin qarşısında partlayıcı qurğunun partladılması nəticəsində 22 nəfər həlak olub.

Hadisə nəticəsində 60-dan çox insan yaralanıb.

Hadisə baş verən an ali məktəbdə dərslər bitib və tələbələr binadan çıxırmış.

Suriya televiziyasının məlumatına görə, hadisə üsyançı qruplaşmalardan birinin döyüşçüləri tərəfindən törədilib.

Xatırladaq ki, Latakiyada Suriya prezidenti Başar Əsədə yaxın olan ələvilərin böyük icması yaşayır. Bu region nisbətən təhlükəsiz hesab edilir və Latakiyada silahlı münaqişə son dərəcə nadir hallarda olur.

Sələf Xəbər: XX əsrin məşhur İslam alimi ibn Useymin (Allah ona rəhmət etsin) deyib: “Şübhə yoxdur ki, ağıl sahibi olan heç kəs, xüsusilə, dindarlar, belə işlərdən (terror aktları) məmnun ola bilməz, bir halda ki, bu Qurana və Sünnəyə ziddir. Bunda İslam üçün həm daxildən, həm də xaricdən ziyan vardır. Bu böyük cinayətdir, lakin ədalətsizlər müvəffəqiyyət qazanmayacaqlar. Tezliklə, Allahın izni ilə, onlar öz əməllərinin qarşılığını bütünlüklə alacaqlar. Elm tələbələrinin bu yolun, xəvariclərin yolunun iyrənc yol olduğunu insanlara izah etmələri mütləqdir”. (“Fatava əş-şariyyə fi kadayyə əl-asriyyə”, 47)

Digər xəbərlər