Sələf Xəbər


MÜSƏLMAN DÜNYASI

 Son Xəbərlər

Vəba xəstəliyi Suriyanı caynağına ala bilər

Mart 03
19:56 2015

“Sələf Xəbər” www.saudigazette.com.sa saytına istinadən xəbər verir ki, növbəti aylarda Suriyada vəba xəstəliyinin geniş miqyas alacağı gözlənilir.

Ümumdünya Səhiyyə Təşkilatı ölkədə yoxsulluq səbəbilə su ilə əlaqəli hepatit A və qarın tifi xəstəliklərinin artmaqda olduğu barədə xəbərdarlıq edib.

Təqribən, 5 il öncə, münaqişə baş verməzdən əvvəl, əldə edilə bilən təmiz içməli suyun 1/3-nə çıxış mümkündür və mülki şəxsləri cəzalandırmaq üçün tez-tez təchizat dayandırılır. ÜST-ün Suriyadakı nümayəndəsi Doktor Elizabet Hoffun sözlərinə əsasən, Suriyada ötən il 31, 460 hepatit halları müşahidə olunub və yanvar ayından bu günə qədər həftədə 1000-dən çox hal qeydə alınıb.

“Havalar istiləşdikdə biz, adətən, bunun şahidi oluruq. Lakin, bu o deməkdir ki, insanların daha təmiz içməli suya çıxışı yoxdur. Havalar istiləşdiyi mövsümdə, bizi ən narahat edən məsələ vəbadır. Əsas qorxumuz budur, lakin indiyə qədər hələ ki, müşahidə etməmişik. Lakin vəziyyət daha da təhlükəli şəkil alır. Su siyasi dividentlər üçün istifadə olunub və müəyyən ərazilərdə kəsilib. Bu isə insanları qeyri-təhlükəsiz mənbələrdən su içməyə vadar edir”, – deyərək doktor bildirib.

BMT-nin Səhiyyə şöbəsindən verilən məlumata əsasən, vəba, bağırsaq infeksiyaları, adətən, çirkli içməli su ilə əlaqələndirilir, kəskin ishal və qusma ilə nəticələnir, xüsusi olaraq azyaşlı uşaqlar dehidrasiya (susuzlaşma) səbəbilə ölümə məruz qalır. Yoluxucu xəstəliklər insanların sıx şəkildə yaşadığı və gigiyena qaydalarına riayət edilmədiyi hallarda üz verir. ÜST bu il Suriyada 12,2 milyon nəfəri dərman və səhiyyə xidmətləri ilə təmin etmək məqsədilə 116 milyon dollar ayrılması üçün müraciət edib.

Hər ay 25 minə yaxın insan yaralanır, cərrahi vəsaitlər, təmiz qan və anestetik vasitələr tələb olunur. Ötən həftə ÜST zəruri dərman və vəsaitləri Alepponun şərq ərazilərinə çatdırıb. 2,7 milyondan çox insan İŞİD terror xəvaric qruplaşmasının idarə etdiyi ərazilərdə yaşayır. Hoffun sözlərinə əsasən, baxmayaraq ki, Suriya Ərəb Qırmızı Xaç cəmiyyəti ölkədə daha çox yardımlar edir, İŞİD terror xəvaric qruplaşmasının qüvvələri QHT-lər vasitəsilə ÜST-dən bəzi dərmanları tələb edib. 4,8 milyon insan ucqar ərazilərdə məskunlaşıb və döyüş getdiyi üçün o ərazilərə çıxış əldə etmək mümkün deyil.

“Vəziyyət getdikcə pisləşir və bəzi ərazilər yenidən mühasirəyə alınacaq. Bu məqamda, məsələn, Dirəzzur şəhərini qeyd etmək istəyərdim. Bu şəhər hökumət tərəfindən idarə olunur, amma mühasirədədir, əhalisi 150 min nəfərdir” – Hoff bildirib.
Elizabet Hoff “Dəməşq ətrafındakı 35 min əhalisi olan Muadimiyə qəsəbəsi, Hama əyalətinin hökumət tərəfindən idarə olunan və 10 min sakini olan Mharda qəsəbəsi hal-hazırda mühasirədə olan ərazilər hesab olunur” deyib.

Sələf Xəbər: Peyğəmbər (Allahın ona salavat və salamı olsun) buyurmuşdur: ““Bir yerdə vəba olduğunu eşitdiyiniz zaman o yerə, xəstəliyin yanına getməyin. Olduğunuz yerdə vəba aşkar edildikdə də vəbadan qaçaraq o yerdən çıxmayın”. (Bu hədisi Müslim, Əbu Davud, Tirmizi, Nəsəi, İbn Macə və Əhməd öz kitablarında vermişdirlər)

Digər xəbərlər