Sələf Xəbər


MÜSƏLMAN DÜNYASI

 Son Xəbərlər

Xamenei Məkkəni Səudiyyə Ərəbistanından almağa çağırdı – Müfti Əbdüləziz Ali Şeyx sərt cavab verdi

Sentyabr 06
16:40 2016

Selefxeber.az-ın oxu.az-a istinadən xəbərinə görə İranın ali lideri Əli Xamenei dünya müsəlmanlarına müraciət edərək, İslamın əsas müqəddəs ziyarətgahları – Məkkə və Mədinəyə Səudiyyə Ərəbistanının nəzarət etməsi məsələsini gündəmə gətirməyə çağırıb.

Xamenei 2015-ci ildə Həcc ziyarəti zamanı yaranmış və minlərlə zəvvarın ölümünə səbəb olmuş hadisə üçün məsuliyyəti Səudiyyə Ərəbistanının üzərinə qoyub. Xatırladaq ki, həmin hadisə zamanı həlak olmuş zəvvarlar arasında xeyli İran vətəndaşı olub.

2016-cı ilin Həcc ziyarətində İrana kvota ayrılmamasına hiddətini gizlətməyən Xamenei əlavə edib ki, yaranmış vəziyyətdən yeganə çıxış yolu İslamın əsas müqəddəs ziyarət yerlərini bütün dünya müsəlmanlarının ixtiyarına verməkdir.

Selefxeber.az-ın Axbar24 saytına istinadən məlumatına görə, Səudiyyə Ərəbistan Müftisi, Böyük Alimlər Heyətinin sədri Əbdüləziz Ali Şeyx İran rejiminə və ali lideri Əli Xameneiyə qarşı kəskin etirazını bildirib, onları islamın və müsəlmanların düşməni adlandırıb.

“Məkkə” nəşrinə müsahibəsində Ali Şeyx bildirib ki, Xameneyinin Səudiyyə Ərəbistanına qarşı hücumu təəccüblü hal deyil. “Bilmək lazımdır ki, bunlar müsəlman deyillər, atəşpərəst övladlarıdır. Onların müsəlmanlara, ələlxüsus Əhli Sünnə və Camaata qarşı ədavəti çoxdandır.”

O bildirib ki, həcc işlərinə və hacılara qarşı təxribat hazırlayanlar öz istəklərinə nail ola bilməyəcəklər. Çünki bütün müsəlmanlar Səudiyyə Ərəbistanın İki Haram məscidə təqdim etdiyi xidmətlərdən məmnundur.

Qeyd edək ki, bu il iranlı zəvvarlar həcc ziyarətinə getməyəcəklər. İran hakimiyyəti həcc ziyarəti zamanı siyasi toplantılar keçirmək tələbi ilə çıxış etdiyindən Səudiyyə Ərəbistanı belə hallara yol verilməyəcini, bunun yerli qanunlara zidd olduğunu bildirmişdir. Bu səbəblə İran tərəfi həccdən imtina etmişdir.

Sələf Xəbər: Uca Allah buyurur: “Yer üzü islah olunduqdan sonra, orada fəsad törətməyin.” (Müqəddəs Quran, “Əraf” surəsi, 56-cı ayə)

Digər xəbərlər