Sələf Xəbər


MÜSƏLMAN DÜNYASI

 Son Xəbərlər

“Xəlifənin” 6 minlik saatı

İyul 07
23:05 2014

CNN xəbər agentliyi Mosul şəhərindən şahidlərin sözlərinə əsaslanaraq terrorçubaşı Əbubəkir əl-Bağdadinin sağ olması barədə xəbər yayıb.

Bu günlərdə, daha dəqiq cümə günü ölməsi və qalması haqqında müxtəlif yazılar yazılan terrorçubaşı Əbubəkir əl-Bağdadi Mosul şəhərində mərkəzi məsciddə peyda olub. Elə bir şəkildə zühur edib ki, twitter istifadəçilərindən birinin dediyi kimi, “elə bil Sindbadın nağılından xortlayıb çıxıb”. Qara paltarda və qara əmmamədə minbərə çıxıb…

Onun gəlişindən əvvəl səsgücləndiricilər vasitəsi ilə hamının mərkəzi məscidə gəlməsi tələb olunub. Gəlməyənlərin cəzasının 50 şallaq olduğunu camaata bildiriblər. Beləliklə hamı – böyükdən kiçiyə kişi, qadın, uşaq – məscidə toplanıb. Hər bir kəsə əvvəlcədən yeri göstərilib, “xəlifə” gedəndən sonra da 10 dəqiqəyə qədər heç kimə yerindən tərpənməyə icazə verilməyib.

Sosial şəbəkələrdə yayılan xütbəsindən göründüyü kimi, özünü xəlifə adlandıran bu qaniçən Allah rəsulunun dostu, müsəlmanların 1-ci xəlifəsi Əbubəkr Əs-Siddiqin xütbəsini təkrarlayır: “Sizdən xeyirli olmasam da, sizin üzərinizə rəhbər teyin edildim….”.

Əbubəkrin sözlərini təkrarlayaraq özünü Əbubəkrə oxşatmaqla insanları aldatmaq istəyən bu adam anlamırmı ki, Əbubəkrin beyətinə insanlar onu sevdiyindən könüllü olaraq yığılmışdı, onu dinləmək üçün məscidə gələnlər isə onu sevdiyi üçün deyil, silah və hədə gücünə toplanıblar. Əbubəkr heç zaman bir müsəlmanın qanını tökmədi, bu “xəlifənin” vicdanın hesabında isə sayı bir Allaha məlum olan müsəlman qanı var.

Əbubəkrin müəllimi Allahın Elçisi (Allahın ona salavat və salamı olsun), bunun müəllimi isə şeytan və asi nəfsidir. Əbubəkrin Allah ondan razı olsun) ətrafında səhabələr – Ömər, Osman, Əli və digərləri (Allah onlardan razı olsun), bu qaniçənin ətrafında isə cahillər, nadanlar toplanıbdır.

Amma xalqı, ümməti aldatmaq olmaz! Peyğəmbər (Allahın ona salavat və salamı olsun) buyurur: “Ümmətim zəlalətdə həmfikir olmaz!”

… qara paltarda, qara əmmamədə minbərə çıxdı. Amma özünü Əbubəkrə (Allah ondan razı olsun) oxşatmaq istəyən təğyiri libasda olsa da, saatı qolundan çıxartmağı deyəsən yaddan çıxardıb. Sunday Telegraf bildirir ki, onun qolundakı bu saat bahalı saat markalarından biridir, qiyməti 3500 funt sterlinq, yeni 6000 dollardır. Özünü Əbubəkrə oxşamaq hara, 6000 dollarlıq saat hara?

 Sələf Xəbər: Məqalədə bildirdiyimiz kimi, yuxarıda təsvir edilən hərəkətlərin İslama heç bir aidiyyəti yoxdur. Bu Məhəmməd Peyğəmbərə (Allahın ona salavat və salamı olsun) qarşı uydurulan yalandır. Peyğəmbər və onun səhabələri heç vaxt belə fəsadla məşğul olmamışlar. Bu insanlar özlərinin “Sünnəyə dəvətlərində” gurultulu və gözəl nitqlər söyləyir, amma onların sözləri əməlləri ilə uyğun gəlmir. Heç bir şübhə yoxdur ki, həqiqi İslam belə fəsaddan uzaqdır.

Belə yolunu azmış radikal firqələr yanlışlıqla güman edir ki, İslamın hədəfi qeyri-müsəlmanların məhvi yolu ilə islam dövlətinin yaradılmasıdır. Lakin, bu İslamın hədəfi deyildir. İslam insanlara tövhidi öyrədərək və onlara yaxşılıq etməyi əmr edərək onlara Haqqın sözünü çatdırmaq üçün gəldi.

Digər xəbərlər