Sələf Xəbər


MÜSƏLMAN DÜNYASI

 Son Xəbərlər

“Xorasan” liderlərindən biri məhv edilib

Noyabr 07
20:56 2014

APA-nın “İTAR TASS”a istinadən verdiyi xəbərə görə, Suriyada ABŞ-ın pilotsuz təyyarəsinin zərbəsi nəticəsində “Xorasan” terror qruplaşmasının liderlərindən biri məhv edilib.

“Predator” tipli pilotsuz təyyarəsi Suriyanın İdlib əyalətində hərəkətdə olan avtomobilə raket zərbəsi endirib. Zərbə nəticəsində avtomobildə olan partlayıcı qurğular üzrə mütəxəssis 24 yaşlı Fransa vətəndaşı David Drüjon və daha bir terrorçu ölüb.

Məlumata görə, Drüjon 14 yaşında olarkən İslam dinini qəbul edib. 2010-cu ildə Misirdə ərəb dilini öyrənib, sonra isə Pakistana gedərək Əl Qaidə terror qruplaşmasına qoşulub. ABŞ kəşfiyyatının məlumatına görə, “Xorasan” terror qruplaşmasına Əfqanıstan və Pakistandan Suriyaya gəlmiş Əl Qaidə terror qruplaşmasının veteranları daxildir. Qruplaşma, əsasən, qərb dövlətlərinin ərazisində terror aktlarının hazırlanması ilə məşğuldur.

 Sələf Xəbər: Mədinə İslam Universitetinin islam ideologiyası kafedrasının professoru, İslam hüququ üzrə doktor şeyx Salih Suheymi (Allah onu qorusun) demişdir: “Xəvariclərin konkret məqsədləri yoxdur. Avamlıq, cahillik və şovinist şüarları altında savaşırlar. Məhəmməd Peyğəmbər (Allahın ona salavat və salamı olsun) demişdir: “Cahillik bayrağı altında vuruşanlar bizdən deyil” (Muslim).

Bu o kəslərdir ki, şovinizm üçün döyüşür və ya şovinizmə çağırırlar. Bu insanlar – cahil, avam, yaşları az, ağıldan kəmdirlər. Peyğəmbər (Allahın ona salavat və salamı olsun) onlardan (xəvariclərdən) çəkindirir və deyirdi: “Onları harada görsəniz öldürün. Əgər mən onların zamanına yetişə bilsəydim, onları eynilə Ad qövmünün öldürüldüyü kimi öldürərdim” (Əl-Buxari).

Həmçinin o (Allahın ona salavat və salamı olsun), demişdir: “Öldürülmüşlərin ən xeyirliləri onların öldürdükləridir. Eləcədə, göy qübbəsi altında öldürülənlərin ən şərliləri də məhz onlardır!”(Tirmizi).”

Digər xəbərlər