“Xorasan” terror qruplaşması amerikalıları vurmaq istəyir
963 dəfə baxılıb
Milli.Az ABC-yə istinadən bildirir ki, Misirdə yaradıldığını bəyan edən yeni terror təşkilatı “Misir Xilafəti döyüşçüləri” dünən “İraq və Şam İslam Dövləti” (İŞİD) terror xəvaric qruplaşmasının lideri Əbubəkr əl Bağdadiyə sədaqət andı içiblər.
Onlar, əsas hədəflərinin ABŞ və qərb ölkələrinin diplomatik missiyaları olacaqlarını deyiblər.
ABŞ-ın Suriya və İraqda İŞİD-in mövqelərini bombalamağa başlamasından sonra Suriyadakı “Xorasan” terror qruplaşmasınu Birləşmiş Ştatlar ilə yanaşı, Avropa ölkələrində terror aktlarını reallaşdıracağını bəyan edib.
ABŞ-ın Milli Təhlükəsizlik Nazirliyinin (MTN) rəsmi səlahiyyətlisi Marş Ketron bu xəbəri təsdiqləyib.
“Hazırda “Əl Qaidə” ilə yanaşı, “Xorasan” qruplaşmasının üzvləri Birləşmiş Ştatlarda terror aktları hazırlayırlar. Bu barədə ölkənin bütün ştatlarının və şəhərlərinin hüquq-mühafizə qurumlarına müvafiq xəbərdarlıq yollamışıq.
Bizdə olan məlumatlara görə, terrorçular ABŞ və Avropa ölkələrində həyata keçirmək istədikləri terror aktlarına hazırlığın son mərhələsindədirlər”, – M.Ketron söyləyib.
“Xorasan” qruplaşmasının lideri “Əl Qaidə” terror şəbəkəsinin rəhbərlərindən biri sayılan Möhsün əl Bağdadidir.
Sələf Xəbər: Mədinənin böyük Şeyx Əbdül Muhsin Əl-Abbad (Allah onu qorusun) “Bir çoxları deyir ki, hal-hazırda mövcud olan İslam Dövləti (İŞİD) xəvariclərdir. Bu doğrudurmu?” sualına belə cavab vermişdir: “Şübhəsiz ki, belədir. Onların sifətləri və əməlləri dəlildir ki, onlar xəvaricdir. Bu İslam dövləti deyil, İŞİD-dir. Onları İŞİD adlandırmaq lazımdır. Bu ad onlar üçün daha münasibdir. Məgər İslam dövlətində insanların başını bıçaqla kəsirlər? Məgər İslam dövlətində fəsad yayılır və günahsız insanlar qətlə yetirilir? Xülasə, onların (İŞİD-in) İslama aidiyyəti yoxdur.”