Sələf Xəbər


MÜSƏLMAN DÜNYASI

 Son Xəbərlər

Yaşıl məscidin füsünkar mənzərəsi – FOTO

İyul 15
15:56 2015

Türkiyənin Adana şəhərində 85 illik Yaşıl məscid, bağçasındakı onlarca çiçək növü ilə botanika bağçasını xatırladır.

“Sələf Xəbər” Avropa.infoya istinadən xəbər verir ki, 1930-cu ildə ibadətə açılan Yaşıl məscid, divarları, qübbəsi və minarəsini bürüyən sarmaşıqlarla yaşıla bürünüb. Təxminən 50 il əvvəl Külək boğazından bir kök olaraq gətirilən sarmaşıq gülü, aradan keçən müddətdə məscidin adının da dəyişməsinə səbəb oldu.

Körpülü məscid olaraq fəaliyyətə başlayan məscidin yaşıla bürünməsi səbəbindən adı da sonrakı illərdə Yaşıl məscid olub. Məscidin həyəti də beqoniya və gül növləri ilə yanaşı, nar, nərgiz, dəfnə və gəlin duvağı kimi çox sayda bitki növü ilə nəbatat bağına dönüb.

Məscidə 19 ildir ki, imamlıq edən Yaqub Övenç, sarmaşıqların xüsusilə yayda istidə izolyasiya vəzifəsini yerinə yetirdiyini deyib.

“Camaatımız bu məsələdə çox həssasdır. Bu gözəlliyi qorumaq üçün hər kəs əlindən gələni edir. Buraya gəzməyə gələn vətəndaşlar da bu gözəlliyi görəndə heyrətlənirlər. Hər kəs müxtəlif bir çiçək növü gətirir və burada əkir. Belə olanda bura tam adı kimi yaşıl məscid halına gəlir”.

📷

bu-cami-bir-baska-h1436900486 1436900403

Sələf Xəbər: Allah məscidlərin tikilməsini, abadlaşdırılmasını və onlara ehtiramla yanaşılmasını buyurmuşdur. Uca Allah deyir: “Bu nur Allahın, tikilib ucaldılmasına və içində Öz adının zikr edilməsinə izn verdiyi evlərdədir. Orada səhər-axşam Ona təriflər deyirlər”. (Qurani-Kərim, “Nur” surəsi, 36-cı ayə)

Digər xəbərlər