Sələf Xəbər


MÜSƏLMAN DÜNYASI

 Son Xəbərlər

Yasir Ərəfatın qatili tapılıb

Noyabr 11
15:34 2015

“Sələf Xəbər”in “Alarabiya”ya istinadən məlumatına əsasən Fələstin istintaq komitəsinin rəhbəri General-mayor Tofiq Tiravi çərşənbə axşamı Fələstin Dövlət Başçısı Yasir Ərafatın ölüm halları haqqında məlumat verib. Prezident Yasir Ərafata qarşı sui-qəsd həyata keçirən şəxsin kimliyi Araşdırma Komissiyası tərəfindən tapılıb.

Tofiq Tiravi deyib: “Suiqəsd əməliyyatının detalları haqqında dolğun məlumat vermək üçün açılmamış kiçik bir detal qalmışdır. Bunun açılması üçün müəyyən vaxt lazımdır.”

O şübhəli şəxs və istintaqın detalları barədə ətraflı məlumat verməkdən imtina edib.

Lakin onu qeyd edib ki, bu suiqəsdin məsuliyyətini İsrail hökuməti daşıyır.

Sələf Xəbər: Həqiqətən İslam şəriəti bütün bəşəriyyət üçün nazil edilmişdir. Bu şəriət insanların bəzilərini digərlərindən mühafizə edir. Xüsusən də zəifi güclünün zülmündən qoruyur. Məzlumun haqqını zalımdan alır… həmçinin başqa insanı haqsız yerə öldürməyi və ona qarşı düşmənçilik etməyi qadağan edərək onun hörmət və şərəfini qoruyur. Allah taala buyurur:
“Allahın haram buyurduğu cana haqsız yerə qəsd etməyin. (Onu yalnız və yalnız böyük bir günah işlətdikdə, məsələn, iman gətirdikdən sonra küfrə düşdükdə, yaxud zinakarlıq etdikdə öldürmək olar)…” (əl-İsra: 33).
Nəfsinin istəklərinə uyaraq başqasına qəsd edib onu öldürməklə zərər yetirənin həm dünyada həm də axirətdə şiddətli cəzası vardır. Allah taala buyurur:
“Ey iman gətirənlər! (Qəsdən) öldürülən şəxsdən sizin üçün qisas almaq hökmü qərara alındı (vacib oldu)…” (əl-Bəqərə: 178).
“Hər kəs bir mömin şəxsi qəsdən öldürərsə, onun cəzası əbədi qalacağı Cəhənnəmdir. Allah ona qəzəb və lənət edər, (axirətdə) onun üçün böyük əzab hazırlar!” (ən-Nisa: 93).

Digər xəbərlər